beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəfiqənin xəyanəti ...

Aytənin 18 yaşı təzə tamam olmuşdu. O, supermarketdə satıcı işləyirdi. Bir gün o, həm iş yoldaşı, həm rəfiqəsi olan, Səidə ilə işdən evə qayıdırdılar. Səidənin telefonunda kontur olmadığı üçün, Aytənin əl telefonuyla öz qohumu olan bir oğlana zəng etdi. O gündən etibarən, bu oğlan Aytənə hər gün zəng edir, onunla tanış olmaq istəyini qıza bildirir.

Bir gün Aytən , Səidə ilə evə qayıdarkən rəfiqəsinin sözüylə taksiyə mindilər. Maşın sürətlə hansısa rayon yoluna çıxdı. Aytən hara getdiklərini soruşanda , onlar gülə-gülə "Səni qaçırtmışıq",dedilər. Sürücü isə elə Səidənin qohumu Habil imiş. Aytən nə qədər ağlasa da ,qışqırsa da, Səidə onu sakitləşdirməyə çalışırdı.

Bir neçə saatdan sonra Sabirabad rayonunda idilər. Aytəni zorla maşından düşürüb, Habilgilin evinə apardılar. Habilin anası, üç bacısı Aytəni sevinclə qarşıladılar -Bakıdan gəlin gəlib! Bircə Aytən göz yaşların içində boğulub qalmışdı, nə edəcəyini, anasına nə cavab verəcəyini, dayılarının üzünə necə baxacağını fikirləşirdi...
O gecə Habil zorla Aytənə sahib olmuşdu. Aytənin atası və qardaşı Ukraynada işlədiyindən, anası və dayısı, xəbəri eşidən kimi, rayona getdilər. Çox uzun mübahisələrdən sonra barışıq oldu, bir aydan sonra isə toy. Aytənin cehizlərini rayona göndərmişdilər. Toydan çox keçmədi, qaynana və baldızlar Aytən kimi sakit, mülayim, işlərində səliqəli, mehriban adamı yola vermədilər. Habil anasının hər şikayətinə görə, yoldaşına əl qaldırırdı. Kənd evin, həyət-bacanın ağır işlərini Aytən gördüyü üçün bətnindəki körpəsi dözməyib, tələf olmuşdu. Hətta xəstəxanaya da gec çatdırmışlar.

Aytənin anası qızının evinə gec-gec gəldiyi üçün, olanlardan bixəbər idi. Anası qızının taleyi ilə maraqlananda , Aytən hər şey yaxşı olduğunu söyləyirdi.

Aytənin atası Habili Ukraynaya çağırıb, onu işlə təmin etmişdir. Lakin Habil özünü orada da doğrulda bilmədi. Habilin orada düzgün yolda olmadığını başa düşən qardaşı ,bacısının taleyinə biganə qala bilməyib, təcili Aytəni rayondan öz evlərinə gətirir. Habilin şər və böhtan danışıqlarına görə, Aytəni daha rayona buraxmadılar. Bir neçə müddətdən sonra boşandılar.

Əziz xanımlar, gəlin belə qızların taleyinə biganə qalmayaq, onlara yardım əlimizi uzadaq, məsləhətlər verək, onları yenidən həyata qaytaraq, həyatı sevdirək. Qalan həyatını necə yaşayacağını öyrədək.

Rəfiqə seçəndə saf ürəkli, təmizqəlbli rəfiqə seçək.


Tarix: 12.06.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri