beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toya hazırlaşan gəlinlər üçün əl və ayaq baxımı.

Əllərinizin hər zaman göz qarşısında olduğunu söyləməyə belə ehtiyac yoxdur. Ayaqlarınız isə əgər bağlı ayaqqabı geyməyəcəksinizsə, heç ümid etmədiyiniz bir anda, məsələn gəlinliyinizi qaldıraraq yeridiyinizdə üzə çıxacaqlar. Buna görə əl və ayaq baxımında sizlərə xatırlatmaq istədiyimiz bir neçə nümunə var:
Əgər əllərinizdə və ayaqlarınızda həddindən artıq quruluq problemi yaşayırsınızsa, tərkibində shea və arqan yağı olan nəmləndirici kremlərdən istifadə edə bilərsiniz. Təbii ki, bir də qida rejiminizdə diqqət etməli olduğunuz amillər var. Tərkibində faydalı yağ turşuları olan zeytun, hindqozu və balıq kimi qidanlarının dərinizin daha elastik olmasına köməkçi olacaqlarını unutmayın.
Dəriyə qulluqda heç bir nüansı gözardı edə bilmərsiniz. Əgər əllərinizdə və ayaqlarınızda təmizləmə, peeling, nəmləndirmə kimi prosesləri gözardı edirsinizsə, ən böyük səhvi o nöqtədə edərsiniz . Əllərinizi və ayaqlarınızı peeling köməyi ilə ölü hüceyrələrdən təmizləyərək daha yumşaq və baxımlı olmalarını təmin edə bilərsiniz.
Yorğun keçən bir həftədən sonra duşda qəbul edərkən ayıracağınız bir neçə dəqiqədə ayaqlarınızın daha baxımlı görünməsini təmin etmək elə də çətin dəyil. Bildiyimiz daşlar ya da onların daha müasir halları ayaq daşları ilə ayaqlarınızı ölü hüceyrələrdən təmizləyə bilərsiniz. Burada ən əhəmiyyətli nöqtə bu əməliyyatdan sonra ayaqlarınızı nəmləndirməyi unutmamaqdır!


Tarix: 11.06.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri