beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim deyir ki, qızlar ağıllı oğlanları sevir?

Sokrat sevimli sözü - Danış ki , mən səni görüm !


Sokrat eybəcər idi: Alçaq boylu; pota; sallaq qarınlı; keçəl başlı; qabarıq alınlı; iri deşiklərlə yekə burunlu; qalın dodaqlı; şişkin üzlü; gizlin baxışlı;

• Ayaqyalın, bir köhnə xitonda gəzərmiş;
• Sokrat kasıb yaşayırmış;
• Qadınlarda bəxti gətirməyib , baxmayaraq ki , iki dəfə evlənmişdi ;
• Ailə həyatındakı biliklərini Sokrat bir müdrük kəlamda ümumiləşdirmiş : «Evlənsən də evlənməsən də eyni dərəcədə peşman olacaqsan»;
• Sokratın üç oğlu var idi
• Heç bir dövlət işinə yararlı olmayıb , gülməyi sevirdi ,içkiyə biganə deyildi, lağ etməyi xoşlayırdı;
• Vaxtının böyük hissəsini Sokrat disskusiyalarda və mübahisələrdə keçirirdi;
• Sokrat gözəl rəqqas olmuşdu və rəqsi bədən üçün faydalı hesab edirdi ;
• Sokratın sevimli sözü – « bu itin canına and içirəm »;
• Sokrat şifahi söyləyib və heç bir traktat qoymayıb;
• Sokratı insan davranışının psixologiyası maraqlandırırdı , xüsusən , Ovidiyin “Metomarfoz” da təsvir etdiyi aspekt :” Yaxşını görürəm ,tərifləyirəm ,ancaq pisə meyilliyəm “.

• 399 ildə e.ə.vətandaşların birinin xəbərləməsinə əsasən Sokrat vətandaş normalarını həyatda pozduğuna görə günahlı bilinib, ölümə məhkum olunub və edam edilib .Sokratın son sözü bu olub (zalda olanalara ): «İndi getmək vaxtıdır ,mənə ölümə sizə yaşamağa.Hansı daha yaxşıdır bircə Tanrı bilir.»
• Sokrat səs çoxluğu ilə 280 səs 220 qarşı günahkar bilindi.


Sokrat həyatın kəndarında özü haqqında:
- «Mən delfi yazısında olduğu kimi özüm özümü tanıya bilməmişəm .Gülməli olaraq ki , mən özümü tanımadan yad olan bir şeyi öyrənim .Mən özümü tədqiq edirəm :kiməm mən – çətin bir div mi ya sadə ,ancaq ilahi bir şeyə aid varlıq mı ?

Sokrat öz dinləyicilərini dostları hesab edirdi və sofistlərdən fərqli olaraq onlardan pul almırdı . Bir gün sofist Antifon necə olursa Sokrata söyləyir :” Yəqin ki ,sən öz mülahizələrini dəyərli hesab etsəydin dəyərindən aşağı olmayan pul alardın . Bəlkə də ədalətlisən o səbəbdən heç kəsi aldatmırsan ,ancaq sən ağıllı deyilsən ,çünki heç dəyəri olmayan şeylər bilirsən.»

Fikirləri

• Ayıb iş yoxdur ,ayıb işsizlikdir .
• Mənim nə qədər az istəyim olursa , bir o qədər mən tanrılara yaxın oluram .
• Var və şöhrət ləyaqət gətirmir .
• Kişi kimi ölmək biabırçılıqla yaşamaqdan yaxşıdır .
• Dostluq olmadan insanlar arasındakı münasibət qiymətsizdir .
• Kim xoşbəxtdir sualına ,Sokrat cavab verdi:” Təmiz fikirli və iti ağılı olan kəs.”
• Pis insan özünə faydası olmadan başqalarına zərər verir .
• Mən yaşamaq üçün yeyirəm ,yemək üçün yaşamıram .
• Mən bilirəm ki ,heç nə bilmirəm .
• Yaxşı başlıq xırda məsələ deyil ,amma hər şey xırdalıqdan başlayır.
• Təbiət bizə iki qulaq, iki göz verib və ancaq bir dil vermiş ki, biz az danışıb çox dinləyək.


Tarix: 21.12.2012 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 507 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri