beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansi qadinlar depressiyaya dusurler?

Sevgi münasibətlərinin pozulmasından kişilər, yoxsa qadınların daha çox əziyyət çəkdiyini britaniyalı alimlər müəyyənləşdirməyə çalışıb.


İngiltərə mətbuatının verdiyi məlumata görə, ekspertlər ayrılıqdan sonrakı ilk ildə qadınların daha çox əzab çəkdiyini üzə çıxarıb.


Bu dövrdə xanımlar durumlarını, əsasən, antidepressantlar qəbul etməklə tənzimləməyə çalışır.


Kişilər isə ayrılığa gec "reaksiya" verir. Alimlər bu baxımdan kişilər üçün "17-ci ay sindromu" ifadəsini də icad edib.


Araşdırma göstərib ki, onlar adətən ayrılıqdan il yarım keçdikdən sonra təəssüflənməyə başlayır.


Belə kişilərin üçdə biri qeyd olunan dövrdən sonra sevgilisindən və ya ailəsindən ayrıldığı üçün əməlli-başlı depressiyaya düşür.


Tarix: 26.05.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri