beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müasir qadınlar qadınlara görə bəzənirlər

Müasir qadınlar qarşı cinsin nümayəndələrinin diqqətini çəkmək üçün yox, bir-birləri ilə rəqabət aparmaqdan ötrü makiyaj edirlər.


Yəqin ki, qadınların şüuraltı motivləri eyni olaraq qalır. Onlar nəticədə bunu kişilər üçün edirlər. Bütün məsələ ondadır ki, "qadınlarda maraq oyatmaq" arzusu "onlarla rəqabətdə qalib gəlmək" arzusundan doğur. Öz həmcinsləri arasında seçilən və daha yüksək yer tutan qadın hamıdan yaxşı olmaq istəyir. Bəs bu nə verir? Bir tərəfdən, kişilər onları digərləri ilə müqayisədə daha çox seçəcəklər. İkincisi, digər qadınların onların cazibədarlığını qəbul etməsi barədə şəxsi əminlik. Deməli, qadın bütün hərəkətlərində özündən əmin olacaq. Bu öz növbəsində kişilərin diqqətini çəkməkdə mühüm rol oynayır. Axı kişilər arasında "populyar" olan qadının kişi diqqəti ilə bağlı problemi olmayacaq və daim diqqət mərkəzində olacaq. Və qadın özü üçün həmişə biləcək ki, heç vaxt tək qalmayacaq. Ona həyatda çətin olmayacaq və əgər xoşbəxtlik onu bu günlük tərk edibsə, sabah mütləq qayıdacaq.

Amma əgər qadının ətrafında, məsələn işlədiyi kollektivdə yalnız kişi olarsa, onda o, bəzənməyə o qədər də fikir verməyəcək. Axı rəqabət aparmağa qadın yoxdur. Ona görə də "Mən bunu qadınlar üçün edirəm", yox, "Qadınlara görə edirəm" demək daha düzgündür.


Tarix: 25.05.2013 / 18:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri