beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar niyə gəlinlik geyinir?

Toy deyəndə hər bir gənc qızın ağlına gələn ilk fikir yəqin ki, gəlinlikdir. Günümüzdə əksər gəlinlər ağ gəlin paltarı geyinirlər. Ancaq ilk gəlinliklər ağ rəngdə olmayıb.

Keçmişdə Romada ilk gəlin paltarları sarı rəngdə olub. Romada evli qadınlarla subay qadınları bir-birindən fərqləndirən üz örtüyü idi. İlk dəfə olaraq gəlinlər toy günündə sarı rəngli üz örtüyündən istifadə edirdilər. Orta əsrlərdə isə gəlin paltarının rəngi yox, parçası daha əhəmiyyətli idi. Ağ gəlinliklər ilk dəfə olaraq, 16-ci əsrlərdə yayılmağa başladı. İlk ağ gəlinlik geyinmiş qadın 1499-cu ildə evlənən İngiltərəli Annedir. Hazırda geyinilən gəlinliklərin modeli isə 1854-cü ildə Kraliça Viktorianın evlənərkən geyindiyi, tamamilə ağ və 5.5 metr duvağı olan gəlinlikdən götürülüb. Bu dövrlərdə kral ailəsinə məxsus qızlar ancaq gümüşü gəlinlik geyməli idilər. Kraliça Viktoria bu adəti pozaraq öz toyunda ağ gəlinlik geyinir. Bu toydan sonra ingilis və fransız yazarlar ağ gəlinliklərin məsumluğu və saflığı ifadə etdiyini yazırlar. Ağ gəlinliklərin ilk məkanları saraylar olub. Daha sonralar müxtəlif qadınlar tərəfindən, müxtəlif tərzdə istifadə edilib. Beləliklə ağ gəlinliklər İngiltərə saraylarından Osmanlı saraylarına qədər yayılıb və getdikcə bütün dünyada istifadə edilib.

16-17-ci əsrlərdə gəlinlər toylarında ən yaxşı paltarlarını geyinərdilər. Bu paltarlar müxtəlif rənglərdə (yaşıldan başqa) olurdu. Həmin qadınlar toylarında geyindikləri paltarları gündəlik həyatlarında da istifadə edərdilər. Yalnız varlılar toyları üçün əlavə paltarlar tikdirərmişlər. 19-cu əsrə qədər varlılar öz toylarında gümüşü və qırmızı rənglərdə olan paltarlardan istifadə edirdilər.

Gəlinliklə bağlı bəzi inanclarda var. Bu inanclara görə gəlin öz gəlinliyini özü tikməli, bəy toydan əvvəl gəlini gəlin paltarında görməməliymiş və gəlinin toydan əvvəl onu geyməsi uğursuzluq gətirərmiş.

Ümumiyyətlə daha dərindən araşdırma aparsaq, tarixdə bir çox gəlinlik növlərinin yaradıldığını və istifadə edildiyini görərik. Bu gün əksər gəlinlərin geydiyi ağ gəlinlik əsrlərin süzgəcindən keçərək bu günkü formasını alıb.


Tarix: 24.05.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri