beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın böyük qüvvədir....

İnsanlığın varolduğu ilk zamanlarda bir kişi şeytanı tutmağa qerar vermiş. Ancaq bunun üçün Tanrıya 40 il ibadət etməsi lazım imiş. Xanımı ilə,dostları ilə və bütün dünya ilə əlaqəsini kəsmiş,özünü ibadətə həsr etmiş. 40 il sonra Tanrı ibadətini qebul etmiş və ibadətinin qarşılığı olaraq ağzı bağlı şüşədə şeytanı kişiyə vermiş. Artıq kişi azadlığına qovuşmuş və dünyada nələrin dəyişdiyini öyrənmək üçün gəzməyə getmiş. Gedərkən də şeytanı xanımına verib ona yaxşı sahiblənməyini söyləmiş.Qadın şeytanla çox maraqlanmış və marağına məğlub olub şüşənin ağzını açmış. Açınca şeytan şüşədən çıxmış və gülərək demiş:
- Marağına əngəl ola bilmədin və ərinin 40 illik ibadətini boşa çıxartdın.
Qadın cavab vermiş:
- Sən heç o şüşənin içində deyildinki.
- Necə ola bilər? deyə qışqırmış şeytan. Səndə gördün... şüşədən çıxdım mən.
Qadın:
- Sən heç o şüşənin içində deyildin. İnanmıram buna. Necə kiçik bir şüşəyə girə bilərsənki?
Qadının bu sözündən hirslənən şeytan "Mən girim səndə bax" demiş və şüşəyə girmiş. Bu zaman qadın şüşənin ağzını bağlamış.
Bax belə...Kişinin şeytanı həbs etməsi 40 ilini qadının isə 5 dəqiqəsini almış.
Şeytansa belə üsyan etmiş Tanrıya:
- Tanrım, madam ki qadını yaradacaqdın o zaman məni niyə yaratdın?


Tarix: 24.05.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri