beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlara bu sualları vermək olmaz!

Bəzi hərəkətlər kişiləri qadınların gözündən asanlıqla sala bilər. Bəs bu hərəkətlər hansılardır? "Münasibətlər mütəxəssisi" kimi tanınan Ingilis yazıçı Devid DeAngelo yeni kitabında kişilərin qadınlara verməməli olduğu 10 sualı açıqlayıb.

1.Öpə bilərəm?
Bir qadından onu öpməyə icazə almaq uşaq hərəkətidir. Heç bir qadın qarşısında utancaq oğlan uşağı görmək istəmir. Qadın "bəli" desə belə bunu yalnız nəzakət xətrinə etdiyini unutmayın.

2. Mənimlə gəzməyə gedərsən?
Kişi idarəetməni hər zaman əlində saxlamalıdır. Bunun yerinə onlar bir başa "birlikdə əylənək" deyə bilərlər.

3.Maşınım xoşuna gəlir?
Sahib olduqları ilə öyünən kişilər qadınların xoşuna gəlmirlər. Ev, maşın, bahalı saat kimi şeyləri "gözə soxmaq" xoş davranış nümunəsi sayılmır.
4. Axşam nə ilə məşğul olmaq istəyirsən?
Qadınlar plan hazırlayan kişiləri sevirlər. Görüşün detalları əvvəcədən bəlli olsa yaxşı olar.

5. Məndən xoşun gəlir?
Kişi sual vermək yerinə qadının ondan xoşlandığını fərz etməlidir.

6. Niyə mesajıma cavab yazmadın?
Bu sual saatlarca mesaj gözləyən kişi profilini yaradır. Bundan əlavə sual qadınların özlərini günahkar hiss etməsinə səbəb ola bilər.

7. Neçə sevgilin olub?
Bu tipik özünə inamsızlıq və nəzakətsizlik nümunəsidir.

8. Yenə görüşəcəyik?
İlk görüşdən sonra bu sualı vermək olmaz.

9. Bundan sonra nə olacaq?
Hər addımı planlaşdırmaq bəzən cütlüklərin həyəcanını məhv edir.


Tarix: 24.05.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri