beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əksər qadınlar niyə acizdirlər?

Bu gün cəmiyyətimizin ən aktual məsələlərindən biridir qadınların hüquqlarının pozulması.

Biz nədənsə qadınların azadlıqlarının qısılmasında və hüquqlarının pozulmasında kişiləri günahkar bilirik adətən.Və hər dəfə də qadınların göz görə-görə belə "uçurum"a getməsi məni olduqca məyus edir.Amma içimdəki feminist duyquları alovlanlanmağa qoymayan bəzi halların şahidi oluram çox tez-tez.Və hər dəfə düşünürəm ki,əksər hallarda qadınlar özləri göz görə-görə özlərini əzdirirlər.Elə sevgili üçün ana-ataya yalan danışmaq,görüşə bilmək üçün min çür əziyyət çəkmək ilk səhv addımdı,özünü əzdirməkdi.Bundan sonra başlayır bitməyən istəklər,əmrlər,qadağalar üstəlik "sənə güvənirəm,ətrafa güvənmirəm" bəhanəsi altda öz "zakon"unu yeritmək.Bəs qızlar niyə bunlara göz yumur?Niyə susurlar?Niyə acizdirlər?


Müvəqqəti olduğunu sanırlar,amma bilmirlər ki ardı arası kəsilməyəcək bu qadağaların.Ən əsəb korlayanı da qızların internetdən istifadə etməsi məsələsidir. Hansı tanış qızı danışdırıram nişanlısı və ya sevgilisinin "əmr"i ilə internetdən istifadə etmədiyini deyir.Bunun səbəbi hələ də mənə çatmır,bəyəm internet olmayan dövrdə xəyanət yoxuydu?Ya internetdən sadəcə tanışlıq üçün istifadə edilir?Belə qızlar çox sevildiyini,qısqanıldığını sanır və hətta bunla fəxr edirlər.Amma düşünmürlər ki ailə quranda da onlar əzab çəkməli olacaqlar.
Niyə bir çox qadınlar ailə quran kimi həyat yoldaşlarını özlərinə bağlamaq üçün övlad dünyaya gətirməyə tələsirlər?Axı həyat yoldaşları onlara bağlı deyilsə gec-tez xəyanət edəcək,sonra da göz görə uşağın xətrinə susacaqlar.

Hələ daha bir məsələ var,hansısa oğlanın QİÇS və ya dəri-zöhrəvi xəstəliyi olduğu halda onu hansısa zavallı qızla evləndirirlər amma hansısa qız adi bir xəstəlik də daşısa onla heç kim evlənmək istəmir.Halbuki Ailə Məcəlləsinin 13-cü maddəsinin 3-cü bəndində bu xəstəliklərin daşıyıcıların nigahlarının etibarsız sayıldığı yazılıb.
Həyat yoldaşları uzun illərdir ölkə xaricində olan və ondan xəbər almaz olan qadınlar bilmir ki,əslində həmin kişilər "itkin düşmüş" statuslu sayılır və qadınların boşanmaq hüququ haqqlarıdır.


Və qadınlar,unutmayın ki nigaha girəndə həyat yoldaşınızın sayadın qəbul etmək zəruri deyil! Ailə Məcəlləsi,30-cu maddədə deyilir:"Ər və arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə və ya onlardan hər biri nigahdan əvvəlki soyadını saxlaya ya da hər iki soyadı birləşdirə bilərlər".
Əziz qadınlar hüquqlarınızın pozulmasına yol verməyin!Özünüzü əzdirməyin,qarşılıqsız fədakarlıqlar etməyin!
Və gənc qızlar,üzərinizdə nə mənəvi nə də qanunu haqqı olmayan birinin sözü ilə oturub-durmayın əsla!


Tarix: 19.05.2013 / 14:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri