beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın olduğunuz üçün xoşbəxtsinizmi ?

Qadın olduğunuz üçün xoşbəxtsinizmi ?




Bilindiyi kimi bir neçə gün öncə Beynəlxalq Dünya Qadınlar Bayramı idi. Ona görə sizdən bu sualı soruşmaq istəyirəm. Açıqcası mən qadın olmaq heç istəməzdim çünki bir çox məqamlar var ki, məsələn ictimai səbəblərdən dolayı kişilər kimi hər vaxt çölə çıxa bilməzlər və ya bir qadının cəmiyyət içində danışmasına, oturub qalxmasına kişiyə görə daha çox diqqət etməsi lazımdır. Bizə daha rahat kimi görsənsə belə qab-qacaq, paltar yumaq kimi ev işləri, yemək bişirmək, uşağa baxma və s. çətin işlər qadın işləri olaraq qəbul edilir təbii ki bəzi işlərdə qadına kişi də kömək etməlidir o ayrı amma kişinin birinci vəzifəsi bir evi saxlamaq, o evin dirəyi olmaqdır. Ancaq qadın olmanın üstünlükləridə var. Məsələn: əsgərə getmə kimi bir məcburiyyəti yoxdur, tanışlıq məqamlarında kişi qadının arxasınca qaçar, kişi qadına gül verər. Qadın olmanın bir gözəl tərəfi də ana olmaqdır..

Çalışdığım qədər qadın olmanın mənfi və müsbət tərfələrini yazdım, indi isə sizə belə bir sualım var:
əziz xanımlar, qadın olduğunuz üçün xoşbəxtsinizmi ? Heç olub ki, öz-özünə deyəsiniz ki, kaş ki ana bətnindən kişi olaraq dünyaya gələydim =)


Tarix: 18.05.2013 / 13:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri