beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İtirilmiş kişilik (3-cü bölüm FİNAL)
İtirilmiş kişilik (3-cü bölüm FİNAL)

Gərginliyi ən yüksək səviyyədə olan Anar, Zöhrə xanımla evə yollandılar.15-20 dəqiqə sükut içində hərəkət etdikdən sonra Zöhrə xanım dilləndi:
-Mən uşağı belə asanlıqla öldürəcəyini düşünməzdim..
Anar əllərinin sükanı tuta bilmədiyini hiss edib, maşını saxladı.Sonra Zöhrə xanıma dedi:
-Mən onu öldürdüm?Onu öldürmək təklifini sən vermişdin.Hətta biz onu basdıranda sənin gözündən bir damlada yaş axmadı.Onu mən yox, biz öldürdük!
Anar sözünü dedikdən sonra Zöhrə xanım qəh-qəhə çəkib güldü.Bu gülüş onsuzda gərgin olan Anarın, damarına basırdı sanki.Bir neçə saniyənin içində Anar maşından düşüb, yük yerini açdı.Və birdən, Zöhrə xanımın qapısı açıldı...
Bir neçə dəqiqəlik sükutdan sonra, Anar meyidi və baltaı yoldan 25-30 metr kənara apardı.Sonra qayıdın maşına mindi.Uşağı basdırdıqları yerə tərəf sürdü.Gedib uşağın çoxdan boğulub, öldüyünü gördü.O nə edəcəyini bilmirdi.
Şahmat oynamağa yeni başlayanlar həmişə " piyadalar adi daşlardır, onları itirkəsdə olar.Əsas böyük gedişli daşlardır” məntiqi ilə oynayırlar.Və müəyyən qədər vaxtdan sonra, onlar bu cür oyun taktikasının yalnış olduğunu anlayırlar.Anar atlarını, fillərini, toplarını və s. Itirdi bir neçə saat ərəfəsində.Sırada şah gəlirdi.Lakin piyadalarını isə, o 4 il qabaq itirmişdi.Anarın piyadaları, onun şəxsiyyəti, kişiliyi, insanlığı, vicdanı və hökmü idi.Bunları itirdikdən sonra geri qalan boş vücud olur.Boş vücudun isə, itirəcək heç nəyi yoxdur.O böyük həmlələr edib, böyük məğlubiyyətlərlə üzləşir...
Anar geri qayıdıb, maşınına əyləşdi.Şəhər istiqamətində böyük sürətlə hərəkət etməyə başladı.Yol boyu onu hansısa "əlin” boğduğunu, övladının çığırtılarının qulağına gəldiyini, Zöhrə xanımı baltalayarkən onun gözlərində olan ifadəylə, səmanın ona baxdığını təsəvvür edən Anar, qeyri ixtiyari olaraq sürəti bir azda artırdı.Şəhərə çatdığı zaman yolu keçmək istəyən bir ailəni böyük sürətlə vurdu.Maşından düşüb, vurduğu ailəyə tərəf yaxınlaşdı.Damarında qanı donmuş Anar, gözlərinə inana bilmirdi.Onun bir anda məhv etdiyi ailə, onun doğma ailəsi – atası, anası, qardaşı və bacısı idi.O bu ailəni 4 il öncədə, bir razılıqla məhv etmişdi.Amma bu günki qəzada qardaşı yox idi.O, anasının yanına diz çökəndə, qardaşı arxadan gəlib onu boğmağa başladı.Bacısının çığırtısı və anasının baxışları ilə müşaiət olunan bu hadisə, bayaq maşının sürətini artırmağa səbəb olan hadisəylə çox oxşayırdı..
Və birdən Anar, bütün vücudu su içində, qışqıraraq yuxudan ayıldı.Bir neçə saat əvvəl baş tutan şam yeməyində, Zöhrə xanımın birlikdə yaşamaq təklifinə "Yox” dediyinə görə, çox sevindi.


Tarix: 29.04.2015 / 10:11 Müəllif: Aziza Baxılıb: 309 Bölmə: Maraqli Hekayeler