beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşanmış hadisə

Evini yenidən dekorasiyaya etdirmək istəyən bir yapon, bunun üçün evinin orta divarını dağıdır. Yapon evlərində adətən iki taxta divar arasında bir boşluq olur. Divarı dağıdarkən, çöldən vurulan bir mismarın ayağına batdığı üçün, orada sıxılıb qalan bir kərtənkələ görər. Həmin adam bunu gördüyündə özünü pis hiss edər və eyni zamanda bu onun marağına səbəb olar.
Fikirləşir ki, bu mismar 10 il əvvəl, ev tikilərkən vurulmuş bir mismardır. Yaxşı, necə olub ki kərtənkələ bu vəziyyətdə heç tərpənmədən 10 il boyunca yaşaya bilib? Qaranlıq bir divar boşluğunda, heç tərpənmədən, 10 il boyunca yaşamaq qeyri-mümkün bir şeydir.
Beləcə, həmin adam işi dayandırar və kərtənkələni bir müddət izləməyə başlayar. Sonra, haradan çıxdığını görə bilmədiyi başqa bir kərtənkələ gəlir, ağızında daşıdığı yeməklə… Adam gördüyü mənzərədən dəhşətə gəlir. Bu necə bir sevgidir? Ayağı mismarlanmış kərtənkələ, 10 ildir digər kərtənkələ tərəfindən bəslənirmiş...
«Sizi sevənləri əsla tərk etməyin!»


Tarix: 03.12.2014 / 13:31 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqli Hekayeler