beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MİLYONUNCU DAŞ-SONUNCU ÜMİD

1942-ci il idi....üç yoldaş neçə ay idi ki, Venesuelada almaz axtarırdı.Xeyli yol getmiş almaz tapmaq ümidi ilə minlərlə daş yığmışdılar.Ancaq yenə də zəhmətləri bəhrə verməmişdi.Onlardan biri RAFAEL SOLANO qurumuş çayın yatağındakı qayanın üstündə oturaraq yoldaşlarını yanına çağırdı:«mən artıq bu işdə yoxam»-dedi -«irəli getməyin də bir mənası yoxdur.Bu daşa baxın bu bəlkə də tapdığımız 999 min 999-cu daşdır.Ancaq arasında bir dənə də almaz yoxdur.Bir daş da tapsam milyonuncu olacaq.Ancaq nə fayda?mən artıq gedirəm».İki yoldaşdan biri istehza ilə: «heç olmasa o milyonuncu daşı da tap sonra get»-dedi.Solano zarafata zarafatla cavab verərək «olsun»-dedi və yorgun gözlərini yumaraq əlini yaxınlığdakı daş yığınına uzatdı.Yumurta böyüklüyündə bir daşı götürərək :«Budur dostlar»-dedi-«bu da milyonuncu daş.Məndən bu qədər.....»Ancaq tapdığı daş çox ağır idi.Arxayın olmaq üçün daşı bir neçə dəfə yoxladı: «Bu adi daş deyil.bu doğurdan da almazdır!»-dedi.Çox keçməmiş nyu-yorklu bir zərgər RAFAEL SOLANOya tapdığı bu milyonuncu daş üçün yüz minlərlə dollar verdi.Sonralar isə bu daşa «xilaskar» adı veriləcək və o dünyada tapılan ən saf və ən böyük almazlardan biri kimi məhşurlaşacaqdı...............P.S.HƏYATIMIZDA DA BELƏDİR.BƏLKƏ SONUNCU ŞANS BİZƏ DAHA YAXIN OLANDIR.UZAQDA AXTARDIĞIMIZ XOŞBƏXTLİK BİZİM LAAP YAXINLIĞIMIZDADIR.BİZİM ÜÇÜN ƏN DƏYƏRLİ «ALMAZ»IMIZ SEVDİKLƏRİMİZDİR VƏ İÇİMİZDƏ BÖYÜTDÜYÜMÜZ SEVGİ.......MİLYONUNCU BELƏ OLSA ÜMİD HEÇ VAXT ÖLMÜR...ÜMİD ÖLƏRSƏ SABAHDAN UZAQ QALAR İNSAN.......ƏSLA İÇİNİZDƏKİ SEVGİNİN ÜMİDİN ÖLMƏSİNƏ İMKAN VERMƏYİN........


Tarix: 03.12.2014 / 13:23 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqli Hekayeler