beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Effektiv çıxış yolu"- durmu?

Dövlət bir gün geniş və boş bir əraziyə gecələr nəzarət etsin deyə 500 AZN maaşla, bir gözətçi işə götürməyə qərar verir. Bir müddət sonra düşünürlər;
'' Yaxşı, təlimatlar olmadan gözətçi işini necə edəcək''
Bir planlaşdırma idarəsi yaradılır və planlama məsələsini həll etmək üzrə, 750 AZN-lik maaşla, iki adam işə götürülür.
Bir müddət sonra ''İşləri qaydasında edib etmədiklərini necə bilək, nəzarət edək'' deyə düşündükdən sonra, 1000 AZN-lik maaşla, iki Nəzarətçi işə götürülür, biri nəzarət edir, digəri hesabatları yazır.
Bir müddət sonra '' Bunların maaşları hesablanıb necə ödəniləcək'' deyə müzakirə mövzusu ortaya çıxır və 1500 AZN-lik maaşla bir mühasib, bir katib, bir də statistika üzrə kadr işə götürülür.
Bir müddət sonra; '' Yaxşı, bunların üstündə kim cavabdeh şəxs olmalıdı'' deyə düşünürlər və 5000 AZN maaşlı bir müdir və 3000 AZN-lik maaşla iki müdir köməkçisi işə götürülür.
Bir müddət sonra, ölkədə iqtisadi böhran ortaya çıxır və büdcədəki xərcləri azaltmaq üçün "Gözətçi işdən çıxardılır"!


Tarix: 01.12.2014 / 17:28 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqli Hekayeler