beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənnət və Cəhənnəm haqqında pritça...

Ölümündən sonra bir neçə insanın ruhu Cənnətə düşür. Burada onların bütün arzuları dərhal yerinə yetirdi. İstədikləri, dilədikləri həmin an həyata keçirdi. Bax həyat budur! Yer üzündə nail ola bilmək üçün illərini, hətta bütün ömürlərini sərf etdikləri bütün əlçatmaz olan hər şeyi bir andaca əldə edə bilirdilər. Sadəcə istəmək lazım idi. Onlar hədsiz xoşbəxt idilər. Bu beləcə davam edirdi. Onlar nəinki təsəvvür oluna bilən, hətta təsəvvür oluna bilməyən, ən qarışıq arzular da diləyirdilər. Və nəhayət elə bir gün gəldi ki, onlar artı diləyə biləcəkləri yeni istəklər düşünə bilmədilər. Daxillərində bir boşluq, sıxıntı yaranmağa başlandı. Onlar üzlərini Allaha tutub dedilə:

— Allahım, bizə Yer üzünü göstər.

Buludlar kənara çəkildi və onlar Yer üzünə tamaşa etməyə başladılar. Yer üzündə isə milliardlarla insanlar öz qarşılarına dəyərsiz, böyük məqsədlər qoyur və bunlara nail olmaq üçün isə öz kiçicik ömrlərini fəda edirlər. Bütün bunlara baxıb, doyunca güldükdən sonra onlar yenidən öz qayğısız həyatlarına davam etməyə başladılar.

3 gün keçməmiş yenidən darıxmağa başladılar. Yenidən dilə gəldilər:-Allahım, bizə yenə də Yer üzünü göstər.

Və yenidən buludlar çəkildi və onlar insanlara baxdılar. Lakin bu dəfə qarışqa toplusuna bənzəyən insanların həyatı belə onlara təsir etmədi. Onlar artıq dəhşətli uçurum kimi görünən Əbədilik haqqında düşünməyə başlayır və bu da onları qorxudurdu. O zaman onlar yenidən Allaha müraciət etdilər:

-Allahım bizə Cəhənnəmi göstər.

Bəs siz necə düşünürsünz? Hazırki yaşadığımız dünyada Cənnətdəsiniz, yoxsa cəhənnəmdə?


Tarix: 01.12.2014 / 15:04 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqli Hekayeler