beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Getmə!..

onşularının bir gün əvvəlki toy "atəşfəşanlığından" sonra onun həyatı alt-üst olmuşdu.Artıq o nə bu evdə,nə bu küçədə,nə də bu şəhərdə dayana bilərdi.Hətta,neçə il bir yerdə yaşadığı həyat yoldaşı ilə belə sağollaşmadan evindən səssizcə çıxdı.Həyat yoldaşı isə yanıqlı bir səslə yalvarırdı:

-Getmə!..Getmə!..Getmə!..Nə olar,məni tək qoyub getmə!..Nə olar məni başsız qoyub getmə!..Getmə!..Getmə!..Sonra bu yanıqlı səs yanıqlı hıçqırığa qarışdı.Ancaq həyat yoldaşı ona baxmaq bir tərəfə dursun,ona qulaq asmaq istəmirdi.Bu vaxt balaca qızı da anasının yanına gəldi və anasının əlindən tutaraq:

- Getmə!..Getmə!..Getmə!..Atacan,nə olar bizi tək qoyub getmə!..Atacan,nə olar bizi başsız qoyub getmə!.. Getmə!..Getmə!..Getmə!..-deyə yalvarmağa başladı.

Ancaq onun yalvarışları da bir fayda vermdi.Sanki o bu yalvarışları eşitmir və heç bir şey yox imiş kimi öz you ilə gedirdi.

Çox keçmədi ki,o,küçənin tinində “görünməz” oldu.Arxasınca yüksələn fəryadlar davam edirdi.Ancaq artıq bu fəryadların da məansı yox idi.



Bir azdan qohumlar-qonşular hamısı təsəlli vermək üçün həyat yoldaşının başına yığışdılar.Və hamısı sanki bir ağızdan:"Özünü bu qədər əldən salma.Özünü bu qədər yorma.Artıq olacağa çarə yoxdur" ,-deyirdilər.Ancaq o: "Bundan sonra mən nə edəcəyəm?Bundan sonra mən dərdimi kimə deyəcəyəm",deyə həyat yoldaşını yada salır və yada saldıqca az qala “dəliyə” çevrilirdi.Geri qayıtmaq ehtimalına gəlincə isə...Geri qayıtmaq ehtimalına gəlincə isə o bu barədə heç düşünmürdü belə.Çünki tabutla gedənlər bir daha geri qayıtmırlar...


Tarix: 01.12.2014 / 14:50 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Maraqli Hekayeler