Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Son Vidasi Var..

Gedəcəydin niyə gəldin ömrümə?
Bağışla demənin nə mənası var?
Bir daha baxmaram o gözlərə mən,
O ilk baxışların çox xətası var.
İndi ayrılığın gəlibdir dəmi,
Nə edim gözümün qurumur nəmi,
Mən ki, gözlərimdə görürdüm səni,
Səninsə gözündə bir başqası var.
Axı sevən tərk eləməz sevəni,
Deyirsən ki, getdim unutdun məni?
Belə tez heç unudarammı səni?
Hələ bu sevdanın ili, yası var.
Bu həsrət salıbdır saçıma dəni,
Qoy əsən küləklər aparsın məni,
Qəbsizlər evində taparsız məni,
Tapın bəlkə sizə son vidası var.


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Maraqli Hekayeler
loading...