beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Butun Dunyadan Kochen ANALARA Rehmet Elesin.

Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.

Gunəş qürub etdi... otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi duşunurəm: səndən nə qaldı,
Konlumdə xatirən qara xal kimi.

Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarını
Mən sənə qaytarım cənazəndəmi?

"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin olsun" - deyimmi sənə?

Gərək mən başına donəm-dolanam,
Məni həyat üçün
Yatıran anam,
Soylə ölümçün
Necə yatırım
Səni mən bu gün?

Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi curbəcur, rəngi curbəcur.
Dunən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.

Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı goydədir, özü yerdədir,
Sağ ikən ciynində həyatın yükü
Oləndə cəsədi ciyinlərdədir...

Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.

Dərdimin, qəmimin səndin ortağı,
Niyə üz dondərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?...

Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?

Evin hər kuncundə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana.
"Nənəm hanı?" - deyir korpə Azərin.
Mən nə cavab verim ona, ay ana?

Bilmirəm, bilmirəm bu ölüm nədir.
Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
özün yer altında daşa donmusən.

Bu gün yeddin oldu...
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkcun
Konlumdə nə qədər mənim sözüm var.

"Kimləri çağıraq bu gün yeddiyə?
" Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.

Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə cəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.

Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın.
Surətim məzara getdi gozundə...

Ömrü başa vurdun altmış yaşında.
Altmışın ustundə durub yaşın da.

Artıq sənin üçün dayanan zaman
Mənimcun dolanır...
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə gunbəgun yaxınlaşıram...

Bəxtiyar Vahabzadə


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 195 Bölmə: Maraqli Hekayeler