beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın namazda (kişi) imamın qiraətdə xətasını düzəldə bilər?

Sual: Qadın kişilərin arxasında namaz qılır və imam Quranı qiraət edərkən xəta edir və heç kəs onun xətasını düzəltmir, belə olduğu halda qadın düzgün oxunuşu bilirsə onun xətasını düzəldə bilərmi?

Cavab: Əgər belə bir hal Fatihə surəsinin oxunuşunda baş verərsə, o zaman qadına vacibdir ki, (kişi) imamın xətasını düzəltsin. Çünki imam Fatihə surəsinin oxunuşunda xəta edərsə onun namazı doğru deyil. Bununla belə, əgər o Fatihə surəsi deyil, başqa surələrdə xəta edərsə, (camaat namazında) olan kişilər onun tanıdığı kəslərdirsə və onların yanında (imamın xətasını düzəltmək üçün) səsini çıxardıqda heç bir təəccüb doğurmayacaqsa, o zaman onun imamın xətasını düzəltməkdə heç bir qəbahət yoxdur. Bunun belə olmasının səbəbi budur ki, qadının səsi övrət (qorunması və örtülməsi əmr olunan) deyil və buna dair dəlil Allah Sübhənahu və Təalanın aşağıdakı ayəsidir: “Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)”. (Əl-Əhzab 32)

Ona görə də, “danışdıqda səsi yumşaltmağın qadağan olunması” əmri dəlildir ki, qadının səsini çıxarmasına icazə verilir.

İ`ləm əl-Muəsirin bi Fətəvə ibn Üseymin, səh.58


Tarix: 05.04.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar