beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH nə üçün Quranda özü barədə "biz" deyir??

Allah nə üçün Quranda özü barədə "biz” deyir?



Bismillahir Rəhmənir Rəhim!!! Həmd Olsun Bizi Yaradana!!!

Allah Qurani Kərimdə həmişə özü haqqında "biz” demir. Allah özü haqqında həm birinci şəxsin təkində yəni "mən” olaraq, həm birinci şəxsin cəmində "biz” olaraq bəhs edir.
Məsələn aşağıda məallarını təqdim etdiyimiz ayələrdə Allah özü haqqında "mən” deyə bəhs edir”
"Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!” (Bəqərə 40)
"Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Bəqərə 186)
"Mən insanları və cinləri ancaq mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat 56)
Eyni zamanda Qurani Kərimdə bir çox ayələrdə də Allah özü haqqında "biz” deyir:
"(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: "Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.” (Bəqərə 57)
"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr 9)
Gördüyünüz kimi bu ayələrdə də Allah "biz” deyə bəhs edir. Bunun səbəbi barədə müfəssirlər müxtəlif fikirlər irəli sürmüşlər.
Bəzi müfəssirlərə Allah təala isim və sifətlərinin çoxluğu səbəbi ilə bir çox ayələrdə özü haqqında "biz” demişdir. (İsmail Həqqi Bursəvi Ruh-ul-bəyan ) Bəzi müfəssirlərə görə isə Allah biz deyərkən onun əmri altında olan mələklərə də işarə etmişdir. Necə ki, yuxarıdakı ayələrdə Quranın nazil olması və s. kimi əməlləri Allah mələkləri vasitəsi ilə həyata keçirmişdir.
Ancaq əksər üləmaya görə bu məsələdə ən doğru görüş isə "biz” sözü ilə Allahın öz əzəmət, böyüklük və möhtərəmliyini göstərməsidir. Belə ki, Quranın nazil olduğu ərəb dilində birisinin özünün hörmət və ehtiramlı olduğunu bildirməsi üçün "biz” deməsi normaldır. (Necə ki, avropalılar və onlara qoşulan bizlər birisinə hörmət olaraq cəm halda "siz” deyirik)
Burada "biz” kəlməsini bu səbəbdən çoxluğa işarət olaraq qəbul etmək yanlışlıqdır. Allahın tək olduğunu eyni zamanda öz əməllərində heç bir qüvvəyə möhtac olmadığı Qurani Kərimdə onlarla ayə ilə sabitdir və İslam əqidəsinin əsasıdır. "Biz” kəlməsini də bu prinsipin işığında ələ almalıyıq.
"Kövsər” surəsinin "Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!” ayəsinin təfsirində "Buradakı "biz”dən məqsəd Allahın əzəmətini göstərməkdir. Çünki "Kövsəri Rəsulullaha hədiyyə olaraq verən yerin və göyün sahibi olan Allah Təaladır. Hədiyyə edilən şey də verənin böyüklüyünə görə qiymət və əzəmət qazanır”
Eyni zamanda Osmanlı dövrünün məşhur müfəssiri Əbu Süud Əfəndi də "İrşadu Əqlu-səlim” təfsirində "Şübhəsiz Quranı biz nazil etdik və biz də onu qoruyacağıq” ayəsini təfsir edərkən "Biz əzəməti-şanımızla nazil etdik” deyə təfsir edir. Yəni, Qurani Kərimdə "biz” kəlməsini Allahın böyüklük və əzəmətinin ifadəsi kimi baxmaq lazımdır.


Tarix: 04.12.2014 / 11:32 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar