beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Utanır..

Bu necə zamandı, necə andı, İlahi,
Dindar olan öz dinindən utanır..
G304;FLER

Bu inkişafi, mədəniyyəti,
Mənə də qandır, İlahi,
Bakirə öz ədəbindən utanır..
Varlılar haramdan utanmır, İlahi,
Kasıblar öz süfrəsindən utanır..
Kişiliyi sındırdılar, əzdilər,
Qadınlar öz iffətindən utanır..
Azadlığı saldılar bir yatağa,
zorladılar, İlahi,
Bədənini əri üçün saxlayanlar utanır..
Namuslular köç edirlər, yoldadılar, İlahi,
Onları öz evlərində qoruyanlar utanır..
Utanır keçmişdə qalan fikirlər,
İnkişafa xor baxanlar utanır,
Anlamıram bu ölkədə nə söküb, nə tikirlər,
Azadlığı yataqlara salmayanlar utanır..
G304;FLER

Sən demə azadlıq yataqdan başlar,
Sevdiyi hər qızla yatan azaddır..
Yatağa düşəni hər kəs alqışlar,
Buna pis baxmaqsa mütləq ifratdır..
Niyə bu zamana düşdük, İlahi,
Fuhuş min namusdan üstündür burda..
Biz kimə, biz nəyə döndük, İlahi,
Sənin qanunların bizlərə yaddır..
Utanır ədəbdən kitab yazanlar,
Ya söyüşdən yazır, ya da qadından..
Özləri özünə quyu qazanlar,
Utanır qazdığı quyularından..
Utanmaq lazımkən əxlaqsızlıqdan,
Əxlaqlı öz əxlaqından utanır..
Bu yazıq qullarını bağışla ki, İlahi,
Qıldığı hər namazından utanır..


Tarix: 03.12.2014 / 16:43 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar