beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Namaz Qılırsanmı?

Bir müsəlmana "Namaz qılır sanmı?" deyə soruşmaq ən böyük təhqirdir məncə. .Həm də belə bir sualı soruşmağa, utanar insan..
Səbəbmi?
Müsəlman çünki. Əlbət edəcək. Qeyrisi mümkün deyil.
Müsəlman "təslim olmuş" demək çünki.
Kimə? Rəbbinə.
Qeydsiz şərtsiz hər əmrinə həm də.
Bir müsəlmana; "Namaz qılır sanmı?" demək,
Əvvəl ona -etməyənə- təhqir,
Sonra bizi Yaradana..
Sonra bütün kainat və içindəkilərə..
Çünki yaradılmış hər şey, canlı-cansız ONA boyun bükər, itaət edər.
Heç siz; "Bu bahar açmayacağam" deyən bir çiçək gördünüzmü?
Ya da; "Bezdim artıq meyvə verməyəcəyəm" deyən bir ağac?
Ya; "Bundan sonra sizə süd-müt yox başınızın çarəsinə baxın" deyən bir inək?
"Bu gün ürəyim istəmədi doğulmayacağam" deyən günəş?..
"Yoruldum bu gün işləməyəcəyəm" deyən bir ürək?
"Aldığım nəfəsi verməyəcəyəm" deyən ağciyər?
Yox, görmədik. .Göremeyiz də.
Uzadın misalları beləcə..
Çünki hər yaradılmış özüncə ibadətdə, duada..
Nə üçün yaradıldısa onun üçün yaşamaqda..
Hardasan ey insan?
Bax səndən aşağı varlıqlar dahi qulluqda..
Sənin bədənini meydana gətirən orqanlar dai ONA səcdə edərkən,
Sən hardasan?
Rəbbimiz buyurur: "Mən cinləri və insanları sırf məni tanıyıb tək mənə ibadət etsinlər deyə yaratdım." Və Quranda 87 dəfə "namaz" əmri təkrarlanar, çağırılar insan qulluğa, azadlığa, qurtuluşa..
Namaz qılanın bütün dünya işləri də savab xanasına qat qat yazılar həm..
Ona görə böyüklərimiz /həmişə deyərlər ki, həkim və tibb bacılarıya ya da sərhəddə keşik tutan çatlara, müəllimlərə;
"Namazını buraxma övladım, bax çox müqəddəs bir vəzifən var. .Buraxma ki hər saniyən sənə qalsın, əcrin çox olsun." Ev xanımları üçün də eyni..
"Mən namaza başlayacağam" deyənə; "Namaz onsuz başlı" deyərdi..
Yenə biri məsələn: "Namaz keçdi" deyəcək olsa;
"Sən namazdan keçməyincə, namaz səndən keçməz" deyərdi..
Rəbbim rəhmət edə..
Elə əhəmiyyətli ki namaz, ayaqda dayana bilməyən oturaraq, bu da olmazsa yataraq eyham ilə, mütləq edəcək. .Ta ki başı ilə eyham etməyə gücü çatmayana qədər, namaz düşmür insandan..
Və kənarda ilk sorsulacaqlardan..Namaz imtahanını keçdinsə nə xoşbəxt.
Əslində soruşulan; "Mən həmişə səninləydim, sən harda idin" sualı bəlkə də..


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 147 Bölmə: Maraqlı melumatlar