beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**SoNuNCu_iMTaHaN**

Sonuncu İmtahan
İbrahim (ə) övladı İsmayılla
birgə Həcc əməllərini yerinə
yetirdi. Səfa və Mərva dağları
arasında sə`y (iti yeriş)
mərhələsinə çatdıqda
İbrahim (ə) oğlu İsmayıl üçün
su axtaran Hacərin əzab və
əziyyətlərini yadına saldı.
Həmin iki dağın arasında
Hacərin qaça-qaça get-gəl
etdiyini və südəmər körpəsi
üçün yerdən şirin su
qaynadığını xatırladı.
İbrahim (ə) bütün xatirələri
yada salıb, kədərlənirdi. O,
bir neçə gün qabaq gördüyü
yuxunu xatırladı. Həmin
yuxuda övladının başını
kəsdiyin və qurban olaraq
Allahın dərgahına təqdim
etdiyini görmüşdü.
Peyğəmbərlərin yuxusu
doğrudur. Bunun mə`nası o
idi ki, Allah-təala oğlu
İsmayılı qurban kəsməyi
İbrahimə (ə) əmr edir və
bununla da höccəti
tamamlamaq istəyir.
Amma, görəsən İsmayıl bunu
qəbul etdimi? O, özünü
qurban verməyə hazır idimi?
İbrahimi (ə) narahat edən də
bunlar idi.
Atasını fikirli görən İsmayıl
dilləndi:
- Atacan, niyə səni qəmli
görürəm?
İbrahim (ə) üzünü oğlu
İsmayıla tərəf çevirdi. O
saleh, təqvalı və pak cavana
üzünü tutub, dedi:
- Hə, əziz oğlum, yuxuda
gördüm ki, səni qurban
kəsirəm. Bunun mə`nasını
bilirsənmi?
- Məni qurbanlıq edirsən?
- Hə, oğlum! Fikrin nədir?
Fikirləşmək yeri deyildi. Allah
fərman vermişdi ki,
peyğəmbəri İbrahim (ə) oğlu
İsmayılı qurban etsin.
Allah-təala yenidən İbrahimi
(ə) imtahana çəkmək
istəyirdi. Onun imanını və
Allah qarşısında nə qədər
təslim olmasını
aydınlaşdırmaq istəyirdi.
Buna görə də imanlı cavan
olan İsmayıl dedi:
- Ata, bu işi yerinə yetir.
Bunu Allahın istədiyi üçün
mən qurban kəsilməyin ağrı
və əzablarına dözərəm.
İbrahim (ə) heç kimi övladı
İsmayıl qədər sevmirdi.
Amma, o, Allahı daha çox
sevirdi. Ona görə də babası
Azərdən uzaqlaşmışdı.
İbrahim (ə) Azəri çox sevirdi.
Həmişə onu ata – deyə
çağırırdı. Amma, Azər kafir
olduqda İbrahim (ə) ondan
uzaqlaşdı.
İbrahim (ə) saleh və mö`min
cavan olan övladı İsmayılı
çox sevirdi. Lakin, Allahı daha
artıq sevir və onun
fərmanlarına əməl edirdi.
İbrahim (ə) oğlu İsmayılı
öpdü. Həzrət özü ilə bıçaq
gətirmişdi. İsmayıl Allahın
fərmanına təslim idi. O,
ölümü mərdliklə qarşılamaq
istəyirdi. Tamamilə rahat
olan qurbanlıq yalnız bir
şeydən ötrü nigaran idi. O
qorxurdu ki, başının kəsildiyi
üçün ağrılara dözməyib,
müqavimət göstərər və bu iş
atasını ağrıdar. Çünki, qoca
bir kişi olan atası belə bir
mənzərəni görmək
iqtidarında deyildi.
Ona görə də atasına dedi:
- Atacan, xahiş edirəm mənim
əl-qolumu iplə möhkəm
bağla! Başımı kəsən zaman
tələs və bu işi tez bitir.
İbrahim (ə) övladından ötrü
ağladı. O, son dəfə
vidalaşmaq məqsədi ilə
oğlunu öpdü.
İsmayıl başının kəsilməsi
üçün hazır oldu. İbrahim (ə)
bıçağı əlində tutmuşdu.
İsmayıl başını yuxarı
qaldırdı. Onun ağ, nazik və
işıqlı boynu günəşin nuru
altında göründü.
O həyəcanlı anlarda maraqlı
bir hadisə baş verdi. İbrahim
(ə) səmadan bir nida eşitdi:
«Ey İbrahim,! Öz yuxunu
həyata keçirtdin (tapşırığı
yerinə yetirdin). Allah sənə
fərman verir ki, bu qoçu
İsmayıla qurban edəsən».
İbrahim (ə) dağın başından
bir qoçun gəldiyini gördü.
İbrahim (ə) qoçu qurban
kəsdi. Beləliklə, İbrahim (ə)
və övladı İsmayıl Həcc
əməlllərini sona çatdırdılar.
Bu gün biz baş qırxdıqda və
özümüzü çirkabdan yuduqda,
öz dırnaqlarımızı qısaldıb,
övladlarımızı sünnət
etdirdikdə, həqiqətdə atamız
Həzrət İbrahim Xəlilin (ə)
yolu ilə getmiş oluruq.
İbrahim (ə) bu işləri bizə
tə’lim edən insandır.
Həmçinin o bizə təkallahçılıq
dərsini öyrətmişdir.
Biz Yəhudilik, Xristianlıq və
İslam dininə nəzər saldıqda
onların ardıcıllarının Allaha
inandıqlarını görürük.
Unutmamalıyıq ki, bütün
bunlar Həzrət İbrahimin (ə)
zəhmətlərinin nəticəsidir.
Çünki, Allah-təala İbrahimi (ə)
peyğəmbər olaraq seçdi və
sonra onu imam və rəhbər
etdi. O, peyğəmbərlik və
rəhbərliyi onun övladlarına
da bəxş etdi. Musa və İsa
İbrahimin (ə) oğlu olan
İshaqın övladlarından, İslam
peyğəmbəri Həzrət
Məhəmməd (s) və Əhli-beyt
imamları isə İbrahimin (ə)
oğlu olan İsmayılın
nəslindəndir.
Buna görə də biz bə`zən belə
deyirik:
«İlahi! İbrahim və onun
ailəsinə gönərdiyin kimi,
Məhəmməd və onun ailəsinə
də salavat və salam göndər.
Həqiqətən sən tə`riflərə layiq
və ucasan».


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 245 Bölmə: Maraqlı melumatlar