beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-BƏDİ’

əl-Bədi’- «Göyləri və yeri icad edən (BƏDİ yoxdan yaradan) Odur». (əl-Bəqərə 117). «O, göyləri və yeri (BƏDİ yoxdan) var edəndir». (əl-Ənam 101). Peyğəmbər (s.a.v) buyurdu: «Ey Allahım! Həmd yalnız Sənədir. Səndən başqa İlah yoxdur.

Sən verdiyin nemətləri başa qalxmazsan. Göyləri və yeri heç bir bənzəri olmadan yaradan Sənsən. Sən ucasan və ikram sahibisən. Səndən Cənnəti istəyir və Cəhənnəmdən Sənə sığınırıq» .
(Tirmizi 3544, Əbu Davud 1495.

)Ənəs İbn Məlik (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v)dua edərək buyurdu: «…Yə Bədiəs Səməvəti Vəl Ərd – Ey səmaların və yerin yaradıcısı…»(Əbu Davud 2/80, İbn Məcə 2/1268, Nəsəi 3/52, Tirmizi 5/550. )

İbn Kəsir deyir ki: «Bədi – Öncə bir misli, oxşarı olmadan yaradan, ortaya çıxaran, var edən deməkdir» . (İbn Kəsir 3/223.)
Qurtubi deyir ki: «Daha öncə bir şəkili, modeli olmadan yoxdan var edən, icad edən deməkdir»(Qurtubi 1/580. )
Həlimi deyir ki: «Daha öncə heç bir bənzəri olmayan bir şeyi yaradandır». Allahın heç bir bənzəri və nümunəsi yoxdur.


Tarix: 05.05.2013 / 15:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 48 Bölmə: Maraqlı melumatlar