beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-HƏSİB

əl-Həsib – Haqq-hesab tələb edən, heç bir şeyi nəzərdən qaçırmayan deməkdir. «Hesab edən olaraq Allah kifayətdir». (ən-Nisa 6). Həsib – Qiyamət günü qullarını hesaba çəkəcək və sorğu-sual edəndir.

Hər bir xeyir Ondan umulur, rəhməti ilə bəla və müsibətləri dəf edəndir. Ehtiyaclar üçün Ona dua edildiyinə görə ehtiyacları qarşılayandır. Hesab çəkən, şahid olan Uca Allahdır. Ömər (r.a) deyərdi ki: «Hesaba çəkilmədən əvvəl nəfislərinizi hesaba çəkin. Əməlləriniz çəkilmədən əvvəl sizlər əməllərinizi çəkin və Uca Allahın buyurduğu o, günə hazırlaşın. «O, gün siz Rəbbinizin hüzuruna gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır». (əl-Həqqa 18).


Tarix: 05.05.2013 / 15:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 44 Bölmə: Maraqlı melumatlar