beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buxar texnologiyası haqqında
Buxar texnologiyası haqqında

Buxar texnologiyasından yunanlar hələ eramızdan qabaq 50-ci ildə istifadə edirdilər. Bu texnologiya əməyi asanlaşdırır və fəhlə qüvvəsini lazımsız edirdi. Lakin bu, o vaxt liderlərin xoşuna gəlmədi və bu yeniliyi qadağan elədilər. Çinlilər buxar texnologiyasını eramızdan qabaq 800-cü ildə istifadə ediblər. Platon öz “Aleksandriya Qəhrəmanı” əsərində 70-ə yaxın buxar ixtiralarından söhbət açır. Amma ilk buxar mühərriki 1698-ci ildə Tomas Severi tərəfindən (Thomas Savery) buxar nasosu ixtira edəndən sonra meydana çıxmışdı. İlk praktik buxar mühərriki 1701-ci ildə Tomas Nyukomenin (Thomas Newcomen) atmosfer maşını idi. Bu maşını nasosları idarə etmək üçün kömür şaxtalarında istifadə edirdilər. 1769-cu ildə Nikolas Jozef Kaqnot (Nicolas Joseph Cugnot) Parisdə ilk avtimobil kimi tanınan buxarlı traktor yığdı. 1804-cü ildə Uelsdən ingilis ixtiraçı Riçard Trevisik (Richard Trevithick) buxarlı lokomotiv inşa etdi. 1815-ci ildə Jorj Stefensonun (George Stephenson) icadı dünyada birinci buxar lokomotivi tikdi.


Tarix: 11.06.2015 / 12:50 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Maraqlı Melumatlar