beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızlar niyə ərə getmir? - SƏBƏBLƏR
Qızlar niyə ərə getmir? - SƏBƏBLƏR

Tanınmış rus psixoloqu Mixail Labkovskiy qadınlara həm sevincdə, həm kədərdə birgə olacaqları kişi ilə qarşılaşmağa nələrin mane olduğunu açıqlayıb.
Beyaz.Az lent.az-a istinadən həmin əngəlləri təqdim edir.

1. Sizin çoxlu probleminiz var

Bu, sizin üzünüzdən oxunur və buna görə heç kim sizinlə münasibət qurmaq istəmir. Əlbəttə, elə siz də hansısa xoşa gəlməyən cəhəti olan biri ilə ünsiyyət qurmaq istəməzsiz. Elə ilk görüşdən oğlanı acılamağa başlayırsız və o da yoxa çıxır. Hər yaxınınızdan keçən kişiyə problemlərinizin həlli kimi baxmayın, problemlərinizlə özünüz məşğul olun.

2. Özünüzü qurban kimi aparırsız

Ürəyinizcə olmayan bir münasibətə dözürsüz. Düşünürsüz ki, hər istəniləni, hər deyiləni olduğu kimi etsəniz, kişi sonda sizinlə evlənmək istəyəcək. Ancaq yanılırsız, axı onun nəyinə lazımdı sizinlə evlənmək, istədiyi bir münasibəti var artıq. Əgər münasibətdə nəsə sizi qane etmirsə, onunla danışın, sizi dinləmirsə, ayrılın.

3. Sizin başqa biri ilə münasibətiniz var

Ağlınıza, düşüncələrinizə sahib olan biri var. Deyək ki, bitmiş bir roman yaşamısız, ancaq hələ də onu daxilinizdə bitirməmisiz. Keçmişdə yaşayır, qarşınıza çıxanları keçmiş sevgilinizlə müqayisə edirsiz. Düşünürsüz ki, keçmişdə yaşanan sevgini yenidən yaşaya bilməyəcəksiz. Keçmişlə yaşamayın, unudun.

4. Evli kişi ilə görüşürsüz

Balıq almaq istəyirsiz, amma yağ növbəsinə durmusuz. Ərə getmək istəyirsizsə, subay oğlanla görüşün, evli kişi ilə deyil. Evli kişi ilə münasibət – boşluqla bitən bir yoldur. Vaxtınızı boşuna sərf etməyin.

5. Ciddi münasibətə hazır deyilsiz

Hələ çox planlarım var deməklə bəhanə uydurursuz.


Tarix: 04.05.2015 / 10:39 Müəllif: Aziza Baxılıb: 301 Bölmə: Maraqlı Melumatlar