beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daşa dönən şəhər “Pompey”

Bizim eranin 79-cu ilində İtaliyanın indiki Neapol şəhərinin yaxınlığında yerləşən Vezuvi vulkanından dumanlar yüksəlməyə başladı. Bir partlayış olacağını anlayan yerli xalq limana tərəf qaçmağa çalışdı. Gəmilərə minməyi bacaranlar bir daha geri dönməmək üzrə şəhərdən uzaqlaşmağa başladılar.Silkələnmə başlayanda 20 dəqiqə çəkən bir həyəcan yaşandı. Xalq təşvişə düşdü və Sarno çayından 600 m uzaqda yerləşən limana tərəf qaçmağa başladı. Bədbəxtçilikdən onların yolunu dəniz qabarması kəsdi. Silkələnmədən yaranan nəhəng dalğalar gəmiləri sanki oyuncaq kimi şəhərin sahilindəki qaynar lava dənizinə tərəf tullayırdı.Eyni vaxta göydən isti qum dənələri şəklində kiçik daşlar yağmağa başladı. Az keçmədən qazla yüklənmiş nəhəng qara daşlar düşməyə başladı. Bu daşlar yerə dəyən kimi partlayır və şəhərdəki ilkin insan itiklərinə səbəb olurdu.
Göyün üzü tüstü və qaz buludları ilə örtülü olduğundan görüş məsafəsi sıfıra düşmüşdü, sanki şəhərə zülmət düşmüşdü. Şəhər sakinləri çaşqınlıq içində sağa-sola qaçırdı. Onların içində həyəcandan istiqaməti səhv salıb Vezuviyə doğru qaçanlar belə vardı. Çıxış yolunu evlərə, zirzəmilərə sığınmaqda görən əhali isə isti hava və havada miqdarı kəskin şəkildə artan karbon qazı səbəbindən boğulurdu. Bəziləri evlərinin tavanının vulkanın tullantılarının ağırlığına dözməyib çökməsi nəticəsində tələf olurdular.
PompeyYerdə yaranan çatlardan çıxan zəhərli qazlar da ölümün əsas səbəblərindən idi. Faciə nəticəsində 200 000 insan bir anda yox oldu. Lavanın şəhərin üzərini örtməsi nəticəsində görkəmli binalar, heykəllər, divar rəsmləri, məbədlər və bazarlar 2000 il ərzində gömülmüş vəziyyətdə qaldı. Pompey şəhərinin üzərini alan qara buludlar 3 gün ərzində qara qar kimi yağmağa davam etdi. Arxeoliji qazıntılar zamanı daş şəklində tapılan insan qalıqları ölüm anında nə edirdilərsə elə o vəziyyətdə də tapılmışdı. Geoloqlara görə insanların əsas ölüm səbəbi partlayışdan sonra havada yayılan kükürd qazı olmuşdur. Daşa dönmə səbəbləri isə yanardağın püskürtdüyü vulkanik tozun bərkiməsi olmuşdur. Bu lavalar qəlibə çevrilmiş və zaman keçdikcə içindəki cəsədlər çürüsə də qəlib eyni formada qalmışdı. Hazırda qədim Pompey şəhərinin yerləşdiyi həmin ərazi dünyanın ən nəhəng açıq hava muzeyinə çevrilmişdir.


Tarix: 26.11.2014 / 18:45 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Maraqlı Melumatlar