beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzun həyatın DNT-si araşdırılır

Amerikalılardan ibarət olan bir qrup 100 yaşlı insanların genetik quruluşunu kəşf etmək üçün təşkil ediləcək 10 milyon dollarlıq X Genomiks mükafatını almaq üçün fəaliyyətə başladı.

Genetika alimi dr. Jonathan Rothberg uzun və sağlam həyatla əlaqəsi olan genləri təyin etmək üçün yarışa qatılır.

DNT sisiləsi tibbi diaqnozlarun təyin edilməsi ilə yanaşı, xəstələrin genetik quruluşuna xas dərmanların yazılmasını da mümkün edə biləcək.

Proyektin fəaliyyətə başlaması üçün yüz yaşı ötmüş yüz adam DNT nümunəsini tədqiqatçılara bağışladı.

Elm adamları çox uzun yaşayan insanları ürək xəstəliyi və ya xərçəng kimi xəstəliklərdən qoruyan nadir genetik dəyişikliklərin olduğuna inanırlar.

Bu genlər yüz yaşını ötən insanların DNT-lərinin analiz edilməsi vasitəsilə təyin olunsa, elm adamları yeni tibbi müalicə üsulları və bəlkə də ömrü uzatmaq üçün araşdırmalar apara biləcəklər.

Ancaq mövcud 3 milyard insan genomundakı nadir genetik dəyişikliklərin təyin edilməsi üçün çox sayda DNT silsiləsi lazım olacaq.

Dr. Rotherbeg yüz nəfərin DNT-sinin “gənclik mənbəyini” tapmaq üçün yaxşı başlanğıc olduğunu söyləyir.

BBC-də müsahibə verən Rotherberg “100 nəfər sizə ipucu verər. Min nəfərlə nəticələrdən əmin ola bilərsiniz. 10 min nümunə isə sizə “Ey, bunlar xərçəng və ya ürək xəstəliyi ilə əlaqədar olan genlərdir” deyə qışqırar”, – dedi.

Dr. Craig Venter genom sekanslama texnikasının qısa müddət ərzində bu qədər inkişaf edəcəyini təxmin edə bilməyəcəyini deyərək, “Texnologiyanın irəliləməsi və xərclərin azalmasından nə qədər təsirləndiyimi izah edə bilmərəm. Kiçik bir maşınla 2 saat ərzində bir insan genomu düzülsə, heyrətamiz olar. Böyük məsafə qət etdik”, – dedi.

X mükafatda toplanan məlumatlar yaşlanma sahəsində araşdırmalar aparan bütün elm adamları ilə paylaşılacaq.


Tarix: 26.11.2014 / 17:54 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqlı Melumatlar