beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şerlok Holms həqiqətən yaşayıb?

Çox az adam tapılar ki, məşhur xəfiyyə Şerlok Holmsı tanımasın və ya onun haqqında eşitməsin. O, sirli və çox dolaşıq cinayət hadisələrinin üstünün açılmasında mahir usta olub.

Onun haqqında neçə-neçə povestlər yazılıb, seriallar çəkilib.

İngiltərənin paytaxtı Londonda Beyker-stritdəki evlərin birinin divarında memorial lövhədə belə yazı vardır: “ Məşhur xəfiyyə Şerlok Holms 1881-1903- illərdə bu evdə yaşamış və işləmişdir.” Lövhədəki bu yazını oxuyan hər bir kəsdə belə bir fikir formalaşır ki, Şerlok Holms əsər qəhrəmanı yox, həqiqətən yaşamış məşhur xəfiyyə olub. Amma Londonda, Beyker –stritdə belə bir memorial lövhə asılsa da, əslində belə bir adam olmamışdır. Şerlok Holms adlı məşhur xəfiyyə, yazıçı Artur Konan Doylun əsər qəhrəmanıdır.

Artur Konan Doylun muasirlərinin yazdıqlarına görə, xəfiyyə Şerlok Holms, elə Artur Konan Doylun özü olmuşdur. Artur həqiqətən, çox ağır, açılması çox müşkül olan, dolaşıq neçə-neçə cinayət işlərinin açılmasında iştirak etmış və bu cinayətlərin üstünü çox məharətlə açmışdir. Artur cinayət işlərinin açılması sahəsində fitri istedada malik olmuşdur. Onun baş vermiş cinayət hadisələrinə xüsusi yanaşma tərzi və taktikası olmuşdur. Baş vermiş cinayətin açılşasının öhdəsindən çox məharətlə gələn Artura bu sahədə kim müraciət edirmişsə, o, məmnuniyyətlə qəbul edirmiş. Gəzən söhbətlərə görə, ona hətta Çin və Misir hökumətləri də bu sahədə müraciət etmiş və o, bu sahədə onlara əlindən gələn köməyi etmişdir.

Bəs, Şerlok Holms adı necə yaranıb? Artur Konan Doyl hər dəfə cinayət işının axtarışına başlayarkən, öz adı ilə deyil, “ Şerlok Holms” adı altında fəaliyyət göstərərmiş.

Artur Konan Doyl yaratdığı “Şerlok Holms”ın əsl prototipilə tələbəlik illərində Edinburq Universitetində rastlaşmışdır. Əla cərrah olan Cozef Bell diaqnoz qoymaqda da fitri istedada malik imiş. Cozef xəstələrinə ilk baxışdan, nəinki onun xəstəliyini, hətta onun hansı peşə, sənət sahibi olduğunu, habelə, necə xasiyyətə malik olduğunu belə təyin edə bilirmiş. Artur bir müddət həmin cərrahın yanında köməkçi kimi çalışmışdır. Artur sonralar öz yazılarında demişdir:-“ ...Mən neçə-neçə sual–cavablardan sonra xəstə haqqında əldə etdiyim məlumatları, C. Bell bircə dəfə xəstənin üzünə baxmaqla təyin edirdi. Mən Bellin köməkçisi olan zaman ondan çox şey öyrəndim və onun bütün metodlarını mənimsədim. Sonralar onun metodlarından xəfiyyəçilikdə istifadə etdim.”
Artur Konan Doyl
Artur Konan Doylun xəfiyyə peşəsinə çox böyük həvəsi varmış. Cərrah Cozef Bellin yanında köməkçi işlədiyi zaman isə bu peşəyə həvəsi daha da güclənmişdir… O, hələ xəfiyyəçilik işinə başlamazdan əvvəl, qəzet və jurnallardan baş vermiş cinayət hadisələri haqda olan yazıları kəsib yığırmış və özü-özlüyündə xəfiyyəçilik edər, özü- özünə cinayətin necə, hansı şəraitdə baş verdiyi haqda öz fərziyyələrini söyləyərmiş. Cinayətlərin üstü açıldıqdan sonra öz mülahizələrinin düzgün çıxdığını biləndə, özündə xəfiyyəçiliyə böyük istedadın olduğuna əmin olmuş və bu peşənin arxasınca getmiş, xəfiyyəçiliyə başlamışdır. O, xəfiyyə işinə başlayan vaxtdan C. Bellin metonlarından daim istifadə etmişdir.

Deyilənlərə görə, Artur doğrudanda xəfiyyə kimi çox böyük istedada və qabiliyyətə malik olmuşdur. Onun çox iti baxışları, güclü yaddaşı, çox güclü məntiqi varmış. O, axtarış apararkən ən xırda detallara belə fikir verər və onu yaddaşına həkk edərmiş. O, baş vermiş cinayət hadisələrinə elə bir tərəfdən yanaşırmış ki, o heç polislərin ağlına belə gəlmirmiş. Bu səbəbdən də polislər bəzən (Şerlok Holmsa) müraciət etmək məcburiyyətində qalırmışlar...


Tarix: 26.11.2014 / 13:19 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Melumatlar