beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Viktoriya (V) işarəsinin tarixçəsi

Viktory işarəsini (V) ilk dəfə Uinston Çörçill məşhurlaşdırmışdır. Bir çox şəkillərində onun bu işarədən tez-tez istifadə etdiyi görünür.

Hətta vəfat etməzdən əvvəl, Çörçill xəstəxanaya ona baş çəkməyə gələn eks-prezident Eyzenxauerə (V) işarəsini göstərmişdir.

Victory bir çox dillərdə qələbə mənasını verir. Böyük Britaniya və Avstraliyada bu işarədən istifadə təhqir kimi qəbul olunur. Yeni Zelandiyada isə bu işarə cinsi sui-istifadə hesab olunur.

(V) işarəsinin məşhurluğu 1960-cı illərə təsadüf edir. Uinston Çörçill bu işarədən İkinci Dünya Müharibəsi ərəfəsində istifadə etmişdir. İşarə qələbə ilə yanaşı, sülh mənasını da verir.


Tarix: 26.11.2014 / 13:03 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Melumatlar