beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı faktlar...

Dəvəquşunun yumurtasını qaynatmaq üçün 40 dəqiqədən artıq vaxt sərf etmək lazımdır.

Safsar sutka ərzində 20 saat yatır.

Fransızlar göyərçini “uçan siçovul” adlandırırlar.

Pələnglərin yalnız xəzləri zolaqlı deyil, eyni zamanda dəriləri də zolaqlıdır.


Sarqan adlı balıqların sümükləri sarı rəngdədir.

Səkkizayaqlı ilbizin düzbucaqlı göz bəbəkləri vardır.

Toyuqların indiki dövrə kimi ən uzun uçuşlarının 13 saniyə olduğu qeydə alınmışdır.

Folklend adalarında yaşayan əhalinin (məskunlaşmış şəxslərin sayı 2000 – dir) hər birinə 350 qoyun düşür (ümumilikdə 700 000 – dir), Yeni Zellandiyada isə onların sayı 20 qoyundan ibarətdir.

Pişiklərin çənələri yan tərəflərə doğru hərəkət edə bilmir.

İlk dəfə olaraq 1850 – ci ildə Avropadan Amerikaya sərçələr gətirildikdə, amerikanlar sevinclərindən onları ölənə qədər yedizdirirdilər.

Bibliya kitabında ev heyvanı kimi yer almayan və adı belə çəkilməyən pişikdir.

Siçovullar ac vəziyyətə nisbətən susuz şəraitdə daha çox yaşayırlar.

Dünyanın ən iri basseyni Çilidə San Alfonso Del Mar kurortunda yerləşir. Basseyn 8 hektar ərazini əhatə edir və 1 km uzanır. Basseynin doldurulması üçün 2,5 milyon litr su lazımdır. Bu ehtiyac Sakit okeanın hesabına ödənir.


Tarix: 25.11.2014 / 18:19 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Maraqlı Melumatlar