beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1001 Dərdin Dərmanı - SÜD

***Qarğıdalı qaynadarkən suyun içinə bir neçə damcı süd töksəniz,bişdikdən sonra qarğıdalının necə yumşaq və dadlı olacağının şahidi olacaqsınız
***Süddən əl sabunu kimi də istifadə edə bilərsiniz!Bəli,bəli,heç də səhv oxumadınız.Soyuq südlə əlinizi yusanız,həm çirkdən təmizlənər,həm də çox yumşaq dəriyə sahib ola bilərsiniz.Əgər əliniz bir dəfədən yumşalmazsa,bu proseduru bir neçə dəfə təkrarlayın
***Üzünüzü təraş edirsiniz və vacib bir məqamda təraş kreminiz bitir?Dərd etməyə dəyməz!Bu halda süd köməyinizə çatar.Süd tozunu su ilə qarışdırıb ondan krem əvəzləyicisi kimi istifadə edə bilərsiniz
***Südün rahatladıcı təsiri yayın ən böyük problemlərindən birinə -ağcaqanad dişləmələrinə çarə olur.Südü bir az su və duzla qarışdırıb həşərat dişlədiyi hissəyə sürtsəniz,qaşınma və qızartı elə həmin an keçər
***Sevimli libasınızdan mürəkkəb ləkəsini çıxara bilmirsinizsə,südü limon suyu ilə qarışdırın.Sonra bu qarışıqla paltarınızı yuyun.
***Dəri ayaqqabılarınızı və ya digər əşyaları (dəridən)südlə təmizləyə bilərsiniz.Bezi südə batırın və silin,əşyalarınız işıldasın


Tarix: 22.08.2012 / 02:45 Müəllif: [Ram] Baxılıb: 658 Bölmə: Maraqlı Məlumatlar