beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxu, şəfa tap!

Gündəlik həyatda qarşımıza çıxan problemləri, bəzi mənfi alışqanlıqlarımızı aradan qaldırmaq üçün müxtəlif kitablar oxuyuruq. Bunların içində əsasən psixoloqların tövsiyələrinin yer aldığı fərdi inkişaf kitabları çoxluq təşkil edir.

Bəs bədii ədəbiyyat necə? Öhdəsindən gəlməkdə çətinlik çəkdiyimiz pis alışqanlıqları aradan qaldırmaq üçün bizə kömək edə bilərmi? Axı bədii ədəbiyyat təkcə oxuyub ani zövq almaq üçün deyil, onun həm də “müalicəvi” əhəmiyyəti də var.

“Flavorwire” saytı bu mövzuda araşdırmalar aparmış və bəzi pis alışqanlıqları olanlar üçün siyahı hazırlamışdır.

Tənbəllik problemi olanlar üçün: “Oblomov”, İvan Qonçarov
Heç bilirsiniz “Oblomov”un ilk 150 səhifəsində nə baş verir? Oblomov yataqdan qalxmağı rədd edir. Əgər siz də şah tənbəlsinizsə o zaman bunu yaxşı başa düşərsiz.

Sözün düzü, dünyada Oblomovdan da tənbəli tapılmaz. “Hamlet”in “olum, ya ölüm” sualına cavab verməyə çalışan, heç cür ayağına tərliyini geyinib yatağından durmağı bacarmayan Oblomova nə qədər oxşayırsınız? Bir müddət sonra Oblomovun tənbəlliyi onu məhv edir, hətta öz toyunu belə təşkil etməyə gücü çatmayan tənbəl sevdiyi qadını tərəfindən tərk edilir. Sonda isə “oblomovçuluq” deyilən xəstəlikdən ölür. Əgər tale hələ də sizi yataqdan çıxara bilmirsə başqa nə çıxarar bilmirik.

Alış-veriş vərdişi olanlara: “Bu yeni dünya”, Oldos Haksli
Əvvəlcə onu qeyd edək Oldos Hakslinin bu disutopik romanında hadisələr Londonda, uzaq 26-cı əsrdə baş verir. Dünyada vahid dövlət var, müharibələrin, irqi ayrıseçkiliklərin, texnologiyanın ən yüksək həddə inkişafda olduğu bir dövrandır. Artıq nə incəsənət var, nə din, nə fəlsəfə, nə də ədəbiyyat. İnsanların yalnız bir dini var. O isə istehlak etməyi əmr edir. Tanrı isə Henri Forddur. Artıq yer üzündə cənnət qurulub, insanların peşəsi yalnız istehlak etmək, seks və narkotik qəbuludur.

Əgər siz də alış-veriş aludəçisizsə, şopaqoliksizsə, ticarət mərkəzinə girəndə ciblərinizi boşaltmayınca, kredit kartınızı sıfırlamayınca çıxmaq bilmirsizsə, bu romanı mütləq oxuyun. Nəticəni özünüz də görəcəksiz.

Paranoya olanlar oxusun: “Döyünən ürək” Edqar Allan Po
Həddindən artıq paranoya çox pis fəsadlara yol aça bilər. Buna görə də bu qısa hekayəni oxumağınız tövsiyə olunur.

Narsist olanlar üçün: “Dorian Qreyin portreti” Oskar Uayld.
Əgər narsistsinizsə sizə başqa roman tövsiyə edə bilmərik. Xarici görkəminizi bu qədər çox sevirsinizsə gedin ruhunuzu satın və həyatınızın qalan hissəsini bir əyyaş kimi keçirin. Onda hətta Oskar Uayld da sizi lənətləyərdi.

Qumarbazlar üçün: “Qumarbaz” Fyodor Mixailoviç Dostoyevski.
Heç bilirdizmi, qumara aludə olan adamın bədbəxtliyini yazan Dostayevski bu romanı məhz qumar borcunu ödəmək üçün yazmışdı. Qumar aludəçiləri üçün bundan yaxşı roman tapılmaz. Siz Aleksey İvanoviçin taleyini yaşamamaq üçün dərhal bu pis vərdişinizdən əl çəkəcəksiniz. Çalışın, Dostayevskinin qəhrəmanına deyil, özünə oxşayasız.

Televiziya asılılığı olanlar üçün: “Sonsuz jest”, Devid Foster Uelles
“Sonsuz jest”in təqdim etdiyi müalicə üsulu iki istiqamətlidi: Birincisi, bu çox uzun, çox qarışıq və maraqlı roman olduğu üçün aylarla televizordan uzaq qalacaqsınız. İkincisi isə, “əyləncə” ilə tanış olan obrazların başına gələnləri qorxuyla oxuduqdan sonra böyük ehtimalla televiziyaya qarşı olan asılılığınız barədə düşünmək məcburiyyətində qalacaqsınız.

Aqorafobiyası (açıqlıqdan, geniş meydanlardan, boş küçədən qorxmaq) olanlar üçün: “Medium”Stefan Kinq
Əgər yaşadığınız binanın bir gün sizin ölümünüzə səbəb olacağını düşünürsüzsə, o zaman küçəyə çıxmaq sizin üçün bir o qədər qorxulu olmaya bilər. Bayıra çıxmaq qorxunuzu dəf etmək üçün bu romanı mütləq oxuyun.


Tarix: 08.12.2014 / 13:49 Müəllif: Aziza Baxılıb: 219 Bölmə: Kitablar və mütaliə