beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milad bayramında açılan atəş (kitab)

"Milad bayramında açılan atəş" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Təbəssüm Muxtarovadır.

Məzmun

Tarixi gedişatın zərurəti ilə cəmiyyət quruluşu kəskin dəyişilərkən, ictimai münasibətlər də təbəddülata uğrayır. İnsanlar bir həyat tərzindən zorla qoparılıb digər yaşam şəraitinə atılır, bu da dərin faciələrə gətirib çıxarır.
Müasir cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmiş oliqarxlar zümrəsinin nümayəndələri Şotlandiyadakı qəsrlərində Milad bayramını qeyd edərkən, faciə baş verir. Sıx ailə çərçivəsində qeyd olunan bayramda gənc biznesmenin dəvət etdiyi rəfiqəsi qətlə yetirilir. Bütün əşyayi-dəlillər oliqarxın şəksiz günahkar olmasını göstərsə də, müstəqil təhqiqat məramı ilə dəvət olunmuş məşhuri-cahan ekspert-analitik Dronqonun şübhələri vardır. Dronqo kələfin ucunu tapdıqca, faciə günü malikanəyə heç bir yad adamın varid ola və əsla cinayət törədə bilməyəciyi aşkara çıxır. Mahiyyətə vardıqda isə bəlli olur ki, ailə üzvləri Dronqonun əsil həqiqəti üzə çıxaracağına qətiyyən şad deyillər. Tədricən daha qəribə müəmmaların üstü açılır...
Geniş yayılımış rəyə rəğmən, külli miqdarda pul insanlara heç də həmişə xöşbəxtlik gətirmir. Pulun cazibəsinin mənfi cəhəti hüdudsuz imkanlara hazır olmayanların mənəviyyatını pozur və onları prinsipsiz bədheybətlərə çevirir...


Tarix: 16.03.2013 / 13:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 318 Bölmə: Kitablar elm