beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim qardaşımın yolu (kitab)

"Mənim qardaşımın yolu" kitabı — Məşhur terrorçu Monte Melkonyanın ABŞ-da yaşayan qardaşı Markar Melkonyan tərəfindən 2005-ci ildə yazılmış kitab.

Kitabın adı "Mənim qardaşımın yolu" dur (ing. My Brother's Road). Markar Melkonyan yazdığı kitabda qardaşı Monte Melkonyana bəraət qazandırmağa çalışır onu təmizə çıxarmağa cəhd edir.

Kitab ilk dəfə 2005-ci ildə dərc olunur sonra isə 2007-ci ildə təkrarən dərc olunur.

Kitabın yazılmasında həmçinin Melkonyanın həyat yoldaşı da iştrak etmişdir. Kitab çıxandan sonra Ermənistanda və erməni diasporasında bu kitabın terrorçunun qardaşı tərəfindən yazılmasını təkzib edirdilər, hətda kitabı azərbaycan-türk təbliğatının məhsulu kimi də təqdim edirdilər. Buna səbəb isə Markar Melkonyanın qardaşını təmizə çıxarma məqsədi ilə digər erməni quldur və canilərinin iyrənc cinayətlərinin üstünü açması idi.

Kitabdan parçalar:

"Monte öz dəstəsi ilə erməni kəndi olan Naqxortidən çıxaraq qarla örtülmüş dağ yamacından Qaradağlı tərəfə düşərkən, kəndin erməni əhalisi onların qarşılarına çıxıb Qaradağlıya hücum etməmələrini tələb etdilər, onların arasında mübahisə yarandı, sakinlər Qaradağlıya hucumun Naqxortiyə müharibə qətirəcəyini deyirdilər Monte isə onlara cavab olaraq, artıq çox gec olduğunu və müharibənin artıq qetdiyini dedi"

Daha sonra müəllif Qaradağlının işğalından yazır:

"Arabo və Aramonun (erməni silalı dəstələri) əsgərləri 38 nəfər əsiri göstərdilər, əsirlər dərənin içərisində idi, onların arasında qadınlar, və əsgərlər var idi. Azərbaycanlı əsirlərdən biri bintlə sarılmış əlindən qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən onun ayaqının bir hissəsini qopardı. Aramo və Arabonun əsgərləri onsuzda əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər, bundan sonra onlar əsirləri bıçaqlamaqa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu o bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi. Monte kənddən aralı olan bu dərəyə gələndə orda yalnız bir taya insan qalıqları var idi."

Kitabın 210-cu səhifəsində müəllif Xocalı barədə yazır:

"Xocalını 40 nəfərdən ibarət omon dəstəsi və sayı 60 – 200 arasında olan döyüş təcrübəsi zəif yerli özünümüdafiə dəstəsi qoruyurdu.

O, (Monte) Xocalıya çatan kimi bir neçə saat əvəl baş vermiş qırğının bütün məqamlarını və təfərruatlarını bir araya yığmağa çalışırdı.

Təxminən gecə saat 11-də 2000 nəfərdən ibarət erməni silahlıları üç tərəfdən Xocalıya yaxınlaşdılar, bununla onlar yerli əhalini şərgdə yerləşən açıqlığa qaçmağa vadar edtilər. Səhər fevralın 26-da xocalılılar şərq tərəfdə olan təpəliyin zirvəsinə çatdılar və aşağı hardasa 6 mil məsafədə, Ağdam istiqamətində düşməyə başladılar.

Məhz həmin o təpəciklərin arasında onları ermənlər qarşılayır və insanları güllələyirlər. Xocalıdan qaçqın düşmüş Raişə Atakişiyeva araşdırma aparan "Human Rights Watch" təşkilatının əməkdaşlarına bu sözləri demişdi – "Onlar (Arabonun döyüşçüləri) bıçaqlarını çıxarıb insanları öldürməyə davam etdilər".

Monte Martuniyə sadəcə 22 gün əvvəl gəlmişdi lakin o artıq silahsız, günahsız dinc sakinlərin qanı ilə suvarılmış iki döyüş meydanından keçmişdi (Qaradağlı və Xocalı)".

Kitabda digər məqamlar da öz əksini tapmışdır:

"1990-cı ilin noyabrında Keçəl (Arabonun döyüşçüsü) sərhədin o tayındakı kənddən Azərbaycan xalq cəbhəsinin gənc fəalını oğurlayır. Gənc azərbaycanlı Səid Yerevan yaxınlığındakı bir bağ evində divara zəncirlənmiş vəziyyətdə bir ay qaldı. İlin sonunda Keçəl bir neçə yoldaşı və yerli polis zabiti ilə birgə Səidi, Yeraplura yüksəkliyində yerləşən qəbiristanlığa apardı (Yerevan yaxınlığında). Orada onlar Səidi onların ölmüş dostu Xarut adında döyüşçünün məzarı qarşısında diz üstə qoydular. Sonra üç uşaq atası olan Keçəl Səidin bohazını küt bıçaqla kəsməyə başladı.Əvvəl Səid qışqırırdı, lakin sonra qışqırıq inilti ilə avəz olundu. Sonda Ardaq bıçaqı Səidin sinəsinə vuraraq buna son qoydu, onlar Səidin qanının dostlarının məzarına axıtdıqdan sonra ordan qetdilər."

Bütün Materiallar Markar Melkonyanın "Mənim qardaşımım yolu" kitabından götürülmuşdür.


Tarix: 14.03.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 399 Bölmə: Kitablar elm