beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Edvard Barnardın ruh düşkünlüyü (kitab)

"Edvard Barnardın ruh düşkünlüyü" - Uilyam Somerset Moemin Akif Abbasov tərəfindən ingilis dilindən tərcümə edilmiş povesti. Tərcümənin redaktoru filologiya elmləri doktoru, professor Zeydulla Ağayevdir.

Məzmun

Povestdə insanın öz qüvvəsinə inamı, var-dövlətə bir başqasının hesabına deyil, öz zəhməti ilə çatmaq arzusu, mənafe güdmədən evlənmək məramı parlaq boyalarla verilmişdir. Düşdüyü çətin vəziyyət, ağır maddi durum Edvard Barnardı sarsıtsa da, özündə qüvvə tapıb Çikaqodan Taitiyə gedir ki, işlərini yoluna qoysun.

Varlı ailənin qızı İzabella ona xeyir-dua verir, yolunu səbirsizliklə gözləyir, onu sevməyə davam edir. Lakin Edvard Barnard geri qayıtmaq barədə düşünmür.


Tarix: 14.03.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Kitablar elm