beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi çantalarını necə seçməli..

Çantalar haqqında nə bilirik? Yalnız bunu ki, həmin termin 1900-cü illərdə yöndəmsiz kişi çantalarının meydana çıxmasından sonra dəb aləminə ayaq açmışdır. Amma onda çanta kişi aksessuarı olduğundan kütlələr arasında elə də populyar deyildi və yalnız peşəkar təyinatı üzrə istifadə edilirdi. Hətta sovetlər dövründə də yaraşıqsız portfel yaxud arxa çantası kişilərin istifadə etdikləri yeganə çantalar idi.

Zaman keçdikcə dəb aləmində hər şey dəyişir. Hazırda kişilər öz imiclərinə diqqət edir və ona müxtəliflik verməyə çalışırlar. Kişilərə lazım olan aksessuarların sayı qadınlarınkı ilə müqayisəyə gəlməsə də, onlar seçimlərində çox həssasdırlar.

kisi cantalari
Kişi aksessuarlarından biri də çantadır.

Bu gün kişi çantaları mağazalarında şəmiyyətin bütün təbəqələrindən olan insanlar çantalara xüsusi diqqət yetirirlər. Planşet və messencerlərin meydana çıxdığı internet əsrində portfellər üslubuna və biçiminə görə fərqlənirlər – hər bir adam məhz özünə yaraşan modeli seçə bilər.

İşgüzar portfel

İşgüzar obrazınızı yaratmaq üçün təkcə kostyum kifayət deyildir. Görünüşünüzə sanballılıq verməkdə bahalı, keyfiyyətli və rahat portfel sizə kömək edə bilər. Hətta sizin gündəlik işinizdə portfel lazım olmasa belə vacib işgüzar görüşə gedəndə siz kağızlarınızı, yəqin ki, sellafon paketdə yaxud əlinizdə aparmayacaqsınız. Əgər siz hər halda portfel almaq fikrinə düşsəniz, küncləri dəyirmi olanlara diqqət yetirin – bu mövsümdə onlar çox populyar olacaqdır. Eyni zamanda dərinin və furniturun (hər hansı bir istehsalatda, sənətkarlıqda lazım olan yardımçı materiallar) keyfiyyətini yoxlayın. Portfel keyfiyyətli açarları və rahat qulpu ilə yanaşı çox sərt formada olmalıdır.

Çanta-planşet

Belə çanta görəndə biz o dəqiqə “Ayran” («Простоквашино») cizgi filmindəki poçtalyon Peçkini və ya avtobus konduktorlarını xatırlayırıq. Lakin planşeti olan istənilən gəncə belə aksessuar əldə etmək zəruridir. Planşetin ölçüləri də kağızın ölçülərinə — A4 yaxud A5 – tam uyğun gəlir. Belə çanta istənilən kişi qarderobuna müxtəliflik gətirəcəkdir.

Messenger Bag

Planşetin bir növü olan çanta-messencer də tələbələr arasında çox populyardır. Amma cəmisi yarım əsr əvvəl ondan şalmana çıxanda bütün lazımi alətlərin əllərinin altında olması üçün elektriklər və montyorlar istifadə edərdilər.

Bu gün messencerlər şəhər həyatının vacib elementlərindən biridir. Əgər siz nə isə ağır yaxud həcmli bir şey (noutbuk) daşımaq və hər şeyin yanınızda olmasını istəyirsinizsə, bu seçimi edin.

Портплед

Əgər siz tez-tez səyahətə çıxırsınızsa, işiniz ezamiyyətlərlə bağlıdırsa, onda onda yol çantası olan portpledsiz keçinə bilməyəcəksiniz. Onun içərisindəki əşyalar əzilmir və formasını saxlayır. Çamadanlar öz aktuallığını itirmir, lakin siz uzaq səfərə hazırlaşırsınızsa, onda kişini qeyri-adi gözəl göstərən bu çanta sizə əla yaraşacaqdır.

Qaba dəridən hazırlanmış portpled istənilən kişinin işgüzar kostyumlarını qoruyub saxlayacaqdır. O istismar zamanı da rahatdır, belə ki, portpledi həmişə açıq vəziyyətdə şkafdan asmaq olar. Portpledlər müxtəlif olur – zövqünüzə uyğun olaraq, çoxlu cibləri və bölmələri olanları seçə bilərsiniz.

Tote bag

Sonda isə gündəlik istifadə çantası barədə. Söhbət böyük və tutumlu tote çantasından gedir. Onu siz alış-veriş üçün götürə bilərsiniz. Bu gün tote əvvəllər olduğu kimi sadəcə kisə yox, təbii dəri ilə örtülmüş çantadır. Müxtəlif rəngli dəri və qulplar sayəsində müasir “tot”lar ciddi görünür və işgüzar kostyumla da yaxşı baxılır.


Tarix: 28.11.2014 / 13:00 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Kişiler haqqında