Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər daha çox yalan danışır..

Kişilər qadınlardan daha çox yalan danışırlar. İngilis araşdırmaçılarının fikrincə, kişilər bu əməllərinə görə demək olar ki, vicdan əzabı çəkmirlər. "OnePoll" araşdırma şirkətinin əldə etdiyi nəticələrə görə, kişilər gündə 3 dəfə, ildə isə ən azı 1092 dəfə yalan danışırlar. Qadınlarda isə bu rəqəm gündə 2, ildə 728-dir.

Kişilər daha çox pis vərdişlərini gizlətmək üçün yalan danışırlar. Qadınlar isə yalandan duyğularını gizlətmək üçün istifadə edirlər. Araşdırmanın daha bir maraqlı tərəfi isə yalana görə çəkilən vicdan əzabıdır. Belə ki, yalan danışan kişilərin çox cüzi hissəsi bu əməllərinə görə özlərini günahkar hiss edirlər.

Qeyd edək ki, araşdırmada 3 min insan iştirak edib.


Tarix: 28.11.2014 / 12:51 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Kişiler haqqında
loading...