beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər bunu bilməlidir!!!

Türkiyə mətbuatında, kişilərin qadınlarla münasibətlərində problemlər yaşamaması üçün tövsiyələr verilib. Bunün üçün kişilərin aşağıda göstərilən 10 şərtə əməl etmələri məsləhət görürülür.

1. Xanımınıza çox kökəlmisən bəlkə pəhrizə oturasan tərzində bir söz deməyin. Hələ ki onun dostlarının yanında heç dilə gətirməyin. Bəlkə də özünü qürurlu göstərmək üçün sizinlə razlılaşacaq. Lakin sonradan bu hərəkətinizlə onun gözündən düşə bilər və çox səs-küyə səbəb olacaq davalar yaşaya bilərsiniz. Sizə məsləhətim onu başqalarının yanında "geyimi, makiyajı, kilosu, saçı ve danışıq tərzi ilə" bağlı rəncidə etməmənizdir. Əksinə, onu başqalarının yanında tərifləməyə, ucaltmağa üstünlük verin.

2. Qadınlara "çox bədxərcsən, xüsusən də shoppinqə lap çox pul xərcləyirsən" deməyin. Çünki hər bir qadın gözəl geyinməyi, seçilməyi, fərqli görünməyi sevir. Və siz ona "bədxərcsən" dediyiniz an dava söz-söhbət yaşaya bilərsiniz.

kişilər bunu bilməlidir3. Onu qısqandırmağı ağlınıza belə gətirməyin. Çünki qadınlar bu tip xüsusiyyətə malik kişilərdən yan qaçırlar. Onunla restoranda və yaxud məclisdə olduğunuz müddətdə digər cazibədar və gözəl xanımlara baxmaqdan qaçının. Unutmayın, qadınlar qısqancdır və özlərindən daha gözəl olan qadınlara dözə bilmirlər. Əgər onun yanında başqa bir qadına baxsanız, o özünü təhqir olunmuş hiss edəcək və münasibətinizə xətər yetəcəkdir.

4. Xanımınıza qətiyyən “Bəlkə bir az özünə əl gəzdirib daha baxımlı olasan?!” deməyin. Çünki onlar bəzi günlərdə nəinki makiyaj etmək, hətta saçlarını belə daramaq istəməzlər. Və belə zamanlarda sizin ona elə bir söz deməniz “ Sən məni daha bəyənmirsən, başqasını sevirsən” söhbətinə qədər gətirib çıxardar. Unutmayın ki, qadınlar hər halları ilə gözəl olduqlarını ərləri tərəfindən eşitmək istəyirlər.

5. Xanımınızın yanında kompyuter və ya video oyunları oynamayın. Danılmaz bir faktdır ki, kişilərin çoxusu oyun oynamaqdan həzz alır, amma, digər bir gerçək də qadınların onların nəyə görə oyun oynamaq istədiklərini başa düşməməyidir. Yaxşısı budur, xanımınız yanınızda olanda oyun oynamayasınız. Əks təqdirdə "sən oyun oynamağı məndən çox sevirsən" tipli mübahisəylə qarşılaşacaqsınız.

6. Xanımınıza xidmətçi kimi münasibət bəsləməyin. Ona dayanmadan iş tapşırsanız, hər şeyi onun etməyini gözləsəniz bir müddət sonra mübahisələrinizin sayı çoxalacaq. Ona xanım kimi davranın, bir işi o edərkən çalışın digər işin ohdəsindən özünüz gələsiniz.

7. Xanımınızla çalışın mübahisəyə girişməyin. Nə qədər haqlı olsanız da, qadınlar hər zaman üstə çıxar və söhbətlərdə özlərini haqlı hesab edərlər. Mübahisənin uzanmağını istəmirsinizsə, onunla razılaşın.

8. Xanımınıza sadəcə kişilik borcunu, cinsi istəyi yerinə yetirmək üçün yanaşmayın. Qadınlar istədiklərini aldıqdan sonra dərhal arxasını dönən kişilərə nifrət edirlər. Onlar əzizlənməyi, həqiqətən sevildiklərini bilmək istəyirlər.

9. Xanımların karyeralarında müvəffəqiyyətlərini görməzdən gəlməyin. Əgər xanımınızın bacarıqlı bir iş həyatı varsa və siz onun müvəffəqiyyətini təqdir etmirsizsə, onu iş qadını olaraq görmürsüzsə, o sizdən soyuya bilər. Hətta ayrılıq təhlükəsi də yaşaya bilərsiniz.

10. Pultun sadəcə sizə məxsus olduğunu hesab etməyin. Hələ bir də dayanmadan futbol proqramlarını izləsəniz söz- söhbət yaranacaq. Çalışın hər şeydən olduğu kimi, pultdan da ortaq istifadə edin.
Və unutmayın ki, qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır.


Tarix: 28.11.2014 / 12:52 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Kişiler haqqında