beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

adın və Kişi Münasibətlərində Maraqlı Hesablar

EŞQ HESABI
Ağıllı kişi + Ağıllı qadın = eşq
Ağıllı kişi + Axmaq qadın = əlaqə
Axmaq kişi + Ağıllı qadın = evlilik
Axmaq kişi + Axmaq qadın = hamiləlik

OFİS HESABI
Ağıllı müdir + Ağıllı işçi = qazanc
Ağıllı müdir + Axmaq işçi = istehsal
Axmaq müdir + Ağıllı işçi = vəzifədə yüksəlmə
Axmaq müdir + Axmaq işçi = çox iş

ALIŞVERİŞ HESABI
Bir kişi özünə lazımlı olan məhsulu almaq üçün 1 qəpiklik məhsula 2 qəpik ödəyər.
Bir qadın özünə lazım olmayan məhsulu almaq üçün 2 qəpiklik məhsula 1 qəpikl ödəyər.

ÜMUMİ DÜSTURLAR VƏ STATİSTİK MƏLUMATLAR
Bir qadının gələcək haqqında narahatlığı evlənənə qədər davam edər.
Bir kişinin gələcək haqqında narahatlığı evlənincə başlayar.
Müvəffəqiyyətli bir kişi həyat yoldaşının xərcləyə biləcəyindən daha çox gəliri olandır.
Müvəffəqiyyətli bir qadın belə bir kişini evliliyə razı sala biləndir.

XOŞBƏXTLİK
Bir kişi ilə xoşbəxt ola bilmək üçün onu çox yaxşı anlamaq və az sevmək lazımdır.
Bir qadınla xoşbəxt ola bilmək üçün onu çox sevmək və anlamağa çalışmamaq lazımdır.

UZUN HƏYAT
Evli kişilər subay kişilərdən daha uzun yaşayar amma daha erkən ölmək istəyərlər.

DƏYİŞMƏ NİSBƏTİ
Bir qadın ərinin dəyişəcəyi inancıyla evlənər amma kişi dəyişməz.
Bir kişi arvadının dəyişməyəcəyi inancıyla evlənər amma qadın dəyişər.

MÜZAKİRƏ TEXNİKALARI
Qadın bir mübahisədə hər vaxt son sözü söyləyər. Bu sözdən sonra kişinin söyləyəcəyi hər şey yeni bir mübahisə mövzusudur...


Tarix: 23.11.2014 / 21:42 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Kişiler haqqında