beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar niyə torpaq yeyir?

Anaların çoxu körpənin 6-24 aylığında torpaq yeməsi halları ilə rastlaşır. Torpaq yemək uşaqlarda instiktiv haldır. Torpaq rahat əldə ediliyi üçün dəmir əskikliyi olan uşaqlar şüursuz şəkildə torpağa əl atırlar. Bundan başqa uşaqlar çirkli daşları, sementi, yaxud ayaqqabılarının altına yalayırlar. Bu zaman uşaqlar öz əli ilə özünü bir neçə təhlükəli xəstəliyə mübtələ edə bilər. Bu hal adətən parazitlərin yaranmasına gətirib çıxarır.

ABŞ-ın kaliforniya Universitetinin tədqiqatlarına görə uşaqların torpaq yeməsinin əsas səbəbi uşaqlarda qan azlığının olmasıdır. Mütəxəssislər uşaqlarda qan azlığına əsas səbəb kimi dəmir çatışmamazlığını göstərirlər. Dəmir çatışmamazlığına səbəb isə normal qidalanmanın olmamasıdır. Uşaqlarda inkişaf zamanı dəmirə olan təlabat artır və bu təlabatı tərkibində dəmir olan qidalarla ödəmək mümkündür. Qanazlığının digər əlamətləri isə aşağıdakılardır:

* halsızlıq
* iştahsızlıq
* rəngin solması
* yorğunluq
* iməkləmə və yeriməkdə gecikmə

Qanazlığının qarşısını almağın əsas yollarından biri körpənin ilk 6 ay ana südü ilə qidalanmasıdır. Müəyyən yaşdan sonra isə uşağa tərkibində dəmir olan ət, süd, yumurta, balıq, əncir və ərik qurusu, fındıq və qoz kimi qida məhsulları vermək lazımdır. Körpənizin torpaq yediyiniz müşahidə etsəniz, həkimə müraciət edin.


Tarix: 05.01.2015 / 16:09 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Körpəyə qulluq