beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramil Quliyev (atlet)

Ramil Quliyev — Azərbaycan atleti. 2011-ci ildən etibarən Türkiyə atleti.

Həyatı

29 may 1990-cı ildə Bakıda anadan olmuşdur.


2011-ci ildə Türkiyə vətəndaşlığına keçərək bu ölkənin idmançısı olmuşdur[1]. Quliyevin vətəndaşlıq dəyişdirməsi Azərbaycan Atletika Federasiyası tərəfindən qızğınlıqla[2] qarşılanmışdır. 2012-ci ildə Londonda keçiriləcək Olimpiya üçün Türkiyəni təmsil edə bilməsi Azərbaycan Atletika Federasiyasının icazəsinə bağlı idi və gözlənilən icazə çıxmadı. Bu vəziyyət Türkiyə Respublikası Baş nazirliyinə qədər çatdırılsa da federasiya qərarından dönməyəcəyini qəti olaraq bildirdi.[3]

Statistika

Uğurları
Universiadanın qalibi;
200 m məsafədə Avropa çempionatının qalibi və rekordçusu;
100 m məsafədə gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı;
Dünya çempionatının 7-cisi;
2009-cu ildə Avropa Atletika Assosiasiyasının (EAA) ən yaxşı IX kişi atleti.[4]

Ən yaxşı nəticələriMəsafəTarixYerVaxt (saniyə)
60 metr7 Mart 2009Torino, İtaliya6.66 NJR
100 metr13 İyun 2009İstanbul, Türkiyə10.08 NR NJR
200 metr10 İyul 2009Belqrad, Serbiya20.04 NR EJR NJR


Tarix: 11.01.2013 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 431 Bölmə: Idmançılar