Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyat yoldawim

Bu axşam evə gəldiyimdə, həyat yoldaşım axşam yeməyi üçün
süfrəni hazırlayırdı. Əlini tutdum və ona deyəcəyim sözlər olduğunu
söylədim. Stulda əyləşdi və səssizcə yeməyini yeməyə başladı. Və
gözlərində o qorxunu hiss etdim. Bir anda sıxıldım, ağzımı aça
bilmirdim, amma düşüncələrimi söyləməliydim. Və: "Mən boşanmaq
istəyirəm" dedim. Əsəbləşmədi. Sözlərimə qarşılıq vermədi, sadəcə
səbəbini soruşdu. Bir cavab verə bilmədim və buna çox əsəbləşdi.
Əlindəki çəngəl və bıçaqları yerə tulladı. Mənə qışqırdı və adam
olmadığımı söylədi. O, axşam tək bir kəlimə belə olsun danışmadıq.
Həyat yoldaşım bütün gecə ağladı. Onu anlayırdım, amma ona təsəlli
edəcək bir şeylər söyləyə bilməyəcəkdim. Çünki, mən Nərminə aşiq
olmuşam və həyat yoldaşımı sevmirəm artıq. Bu vicdan əzabı ilə bir
evlilik müqviləsi hazırladım. Evi, maşını və şirkətin 30%-ni ona
verəcək idim. Müqaviləyə qısa bir zamanda baxdı və cırıb atdı. 10 il
həyatımı paylaşdığım bu qadın mənə yad olmuşdu. Onun sərf etdiyi
zaman və enerjiyə kədərlənirdim, amma geri dönə bilməzdim,
Nərminə çox asiq olmuşdum. Sonra hıçqıra-hıçqıraağlamağa başladı.
Bu mənim gözlədiyim davranış idi. Onun ağlaması mənim
rahatlanmama səbəb olmuşdu. Çoxdandır ağlımdan keçirirdim
boşanmağı. Bu fikir mənim beynimə girmişdi və indi bu duyğunu
daha da güclü hiss edirdim və doğru qərar idi. Bir sonrakı axşam evə
gec gəlmişdim və həyat yoldaşımı yazı yazarkən gördüm. Çox
yorulmuşdum və axşam yeməyini yemədən yatmağa getdim. Nərmin
ilə keçirdiyim saatlar məni yormuşdu. Bir ara oyandım və onu hələ də
yazı yazarkən gördüm. Amma bu mənim vecimə deyildi və başımı
çevirib yatmağa davam etdim. Ertəsi səhər mənə şərtlərini yazılı
şəkildə təqdim etdi. Məndən heçnə istəmirdi. Sadəcə boşanmamızı
elan etməmək üçün 1 ay möhlət və bu zamanda normal bir ailə kimi
davranmamızı istəmişdi. Bunun səbəbi oğlumuzun 1 ay sonra
imtahanlarının olması və bu zamanda ona bu acını yükləməmək idi.
Bunu qəbul edə bilərdim. Amma bir şey daha var idi. Evlilik gecəsində
onu qapıdan içəriyə qucağımda necə apardığımı xatırlatmışdı və
məndən onu 1 ay boyunca hər səhər yataq otağından qapıya qədər
qucağımda aparmağımı istəmişdi. Dəli olduğunu düşündüm, amma
son günlərimiz yaxşı keçsin deyə qəbul etmişdim. Sonra bu
şərtlərdən Nərminə danışdım. Yüksək səslə gülüb, bunun ağılsızlıq
olduğunu və sonunda boşanmağı qəbul etmək məcburiyyətində
qalacağını söylədi. Həyat yoldaşımla boşanma mövzusunu
açdığımdan bəri, fiziki yaxınlığımız olmamışdı. Bu səbəbdən ilk gün
onu qucağıma alıb qapıya apardığımda qəribə bir duyğu yaşadım.
Oğlumuz arxamızda durmuşdu və alqışlamağa başladı: "Atam anamı
qucağında aparır". Bu onu çox sevindirmişdi. Yataq otağından evin
qapısına kimi 10 metr qucağımda apardım. Həyat yoldaşım gözlərini
yumdu və qulağıma: "Oğlumuza boşanmağımızdandanışma" deyə
fısıldadı. Mən də, başımı önümə əyərək: "oldu" dedim və daxilimdə bir
üzüntü hiss etdim. Onu qapı önünə buraxdım. Həyat yoldaşım
avtobus dayanacağına getdi və onu işə aparacaq avtobusu gözlədi.
Mən də, tək başıma işə getdim. 2-ci gün bu oyunu oynamaq bir az
daha asan gəlmişdi. Həyat yoldaşım başını sinəmə qoydu və onun
qoxusunu duydum. Birdən həyat yoldaşıma uzun zamandır
baxmadığımı anladım. Və onun evləndiyimiz zaman ki qədər gənc
olmadığını gördüm. Üzündə incə qırışlar yaranmış və saçlarına ağ
düşmüşdü. 4-cü gün onu qucağıma aldığımda, özünə inam duyğusu
yaşadım. Bu mənə həyatının 10 ilini hədiyyə edən qadındı. 5-ci gün
bu özünə inam duyğusu daha da böyümüşdü. Bu barədə Nərminə
danışmadım. Günlər keçdikcə, onu daşımaq daha da asanlaşmışdı.
Bir səhər onu, nə geyinəcəyini düşünürkən izlədim. Üsyan edərək hər
gün paltarlarının bir az daha gen gəldiyini söylədi. Birdən onun nə
qədər incə olduğunu və arıqladığını gördüm. Onu hər səhər daha da
asan daşımağımın səbəbi bu imiş. Bu qədər acını və kədəri qəlbində
daşıyırdı. Özümdən asılı olmayaraq başını sığalladım. Bu an oğlumuz
da gəldi və: "Ata anamı apamalısan" dedi. Bu həyatımızın bir parçası
olmuşdu. Həyat yoldaşım oğlumuzu çağırdı və onu bərk-bərk
qucaqladı. Mən başımı çevirdim. Son anda qərarımı dəyişmək
istəmirdim. onu qucağıma aldım və yataq otağından qapıya qədər
apardım. Əlini çiynimə qoymuşdu və mən onu bərk-bərk tutmuşdum.
Eyni ilə evləndiyimiz gün kimi. Artıq narahat olmuşdum bu qədər
arıqlamasından. Son gün onu qucağıma aldığımda hərəkət etmədim.
Oğlumuz məktəbdə idi və həyat yoldaşıma, həyatımızdakı yaxınlığın
necə də əksik olduğunu söylədim. İşə getdim, qapını bağlamadan
maşından düşüdüm. Buna üçün zamanım yox idi. Hər anın qərarımı
dəyişdirməsindən qorxurdum və pilləkanlardan yuxarıya doğru
qaçdım, yuxarı çatanda Nərmin qapını açdı. Ona həyat yoldaşımdan
boşanmayacağımı söylədim. Təəccüblü bir ifadə ilə, əlini alnıma
qoydu və: "Sənin temeraturun var?" deyə soruşdu. "Məni bağışla
Nərmin, amma mən boşanmaq istəmirəm" dedim. Evliliyimizin
rəngsiz qalması, sevgi əksikliyindən deyil, bir-birimizin dəyərini
unutduğumuzdandı. İndi xatırladım ki, evləndiyimiz gün qapıdan içəri
apardığımda ona, ömrümün sonuna kimi sədaqət andı içdiyimi...
Nərmin vəziyyəti başa düşəndə üzümə sillə vurdu və qapını
bağlayaraq ağlamağa başladı. Dərhal aşağı düşüb, yaxınlıqdakı ilk gül
dükanına gedib, həyat yoldaşıma bir buket gül aldım. Üzərinə də,
"Səni hər səhər həyatımın sonuna qədər daşıyacağam" yazılı bir kart
yerləşdirdim. Evə çatdığımda üzümdə təbəssüm yarandı, əlimdə
güllərlə yataq otağına getdim və həyat yoldaşımı yatağın üstündə ölü
tapdım. Həyat yoldaşım aylardır ki, xərçəng xəstəliyi ilə mübarizə
aparırdı və mənim başım Nərmin ilə məşğul olduğundan bunu
anlamamışdım. Daha çox yaşamayacağını bildiyi üçün məni,
oğlumun mənə qarşı neqativ davranışlarından qorumaq istəmişdi. Ən
azından oğlumun gözündə yaxşı bir həyat yoldaşı kimi qalmağımı
istəmişdi.


Tarix: 26.07.2014 / 12:45 Müəllif: Zum-zum Baxılıb: 1518 Bölmə: Ibretamiz Hekayeler
loading...