beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MUDRIK QADIN VE QIZ

Bir gün ağsaçlı müdrik
qocanın yanına gözü yaşlı
gənc, gözəl bir qız gəlir:
-Nə edim, mənə məsləhət
verin? Mən həmişə hamıya
kömək etməyə,heç kimi
incitməməyə çalışıram.
İnsanlara qarşı çox
xeyirxaham.
Bu qədər səmimi və mehriban
olmağıma baxmayaraq,
hörmət və minnətdarlıq
əvəzinə çox vaxt qəlbimi qırır,
məni incidirlər. Mənim
günahım yoxdur, bu,
ədalətsizlikdir. Ağladacaq qədər
ağrılıdır.
Müdrik qoca gözəl qıza baxdı və
gülümsədi:
-Çılpaq soyun, şəhərin küçələrini
belə lüt gəz.
-Dəli olmusunuz? Belə halda
Allah bilir başıma nə oyun
gətirərlər.
Belə olduqda ağsaqqal qapını
açdı, bir güzgü gətirdi, qızın
önünə qoydu:
-Bax, görürsən, bu gözəl
bədəninlə insanların qarşısına
çılpaq çıxmağa cəsarət
etmirsən.
Nədən çılpaq qəlbinlə yer
üzündə gəzirsən?
Sənin qəlbin bu qapı kimi
açıqdır, hamı ora sərbəst daxil
olur.
Sənin qəlbin güzgü kimi əks
etdirir.
Sənin xeyirxahlığında öz pis
əməllərinin əksini görənlər səni
alçaltmağa, incitməyə,
ləkələməyə çalışırlar.
Hər adamın cəsarəti çatmır
etiraf etsin ki, kimsə ondan
yaxşıdır. Dəyişməyi
bacarmayan belə adamlar
düşmənçilik etməyə üstünlük
verir.
-Bəs mən nə edim?
-Gedək, mən sənə öz bağımı
göstərim.
Müdrik adam qızı bağa
apararaq dedi:
-Neçə illərdir ki, men bu güllərə,
çiçəklərə su verirəm, qulluq
edirəm. Hələ bir dəfə də olsun
onun qönçə açmağa başladığı
anı görməmişəm. Halbuki, hər
gün onların gözəlliyindən və
ətrindən zövq alıram.
Sən də çiçək kimi ol. İnsanların
qarşısında ürəyini tələsmədən,
hiss etdirmədən aç. Diqqət et
ki, kim sənə dost olmağa
layiqdir, kim çiçək sulayan kimi
sənin xeyirxahlığına təkan verir,
kim isə ləçəkləri qoparır, ayaq
altında əzir.
Həyatın dözülməz olmaması
üçün iki şeyə alışmaq lazımdır:
zamanın vurduğu yaralara və
adamların ədalətsizliyinə


Tarix: 07.04.2013 / 12:27 Müəllif: A_N_G_E_L Baxılıb: 1171 Bölmə: Ibretamiz Hekayeler