beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dilenci qizin hekayesi

Bir gün, kiçik bir qız uşağı,
küçənin qırağında oturmuş,
yeyəcək bir şey, pul ya da ala
biləcəyi bir şey üçün dilənirdi.
Əynində yırıq-yırtıq, üzü-gözü
kir içində və pərişan bir
haldaydı.
Qız dilənərkən, küçədən gənc,
canlı və yaxşı görünüşlü bir
adam keçdi. Qızı gözü almışdı
amma bildirməmək üçün dönüb
ikinci dəfə baxmadı. Böyük və
lüks evinə, xoşbəxt və rahat
ailəsinin yanına gəldiyində, çox
gözəl hazırlanmış axşam süfrəsi
onu gözləyirdi. Lakin az sonra
düşüncələri təkrar o kasıb qıza
ilişdi. Duyğuları bir şeylərə
etiraz edirdi. Sonra asan yolu
seçdi və etirazlarını Allaha
yönəltdi. Belə vəziyyətlərin var
olmasına icazə verdiyi üçün?
Və içindən belə bir cümləylə
şikayətləndi:
"-Belə bir şeyin olmasına necə
icazə verirsən? Niyə o kiçik qıza
kömək üçün bir şeylər etmirsən
Allahım?"
Sonra ruhunun dərinliklərindən
gələn bir cavab eşitdi:
"-Etdim. Səni yaratdım!"


Tarix: 07.04.2013 / 23:57 Müəllif: A_N_G_E_L Baxılıb: 1194 Bölmə: Ibretamiz Hekayeler