beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki qardaş

İki müsəlman qardaş yaşayırdı, hansı ki, Allaha görə bir-birini çox sevirdilər və bir-birini lovğalıqda deyil, xoş işlərdə ALLAHın razılığını qazanmaq üçün yarışardılar..
Nə vaxt bir qardaş o biri qardaşın oruc tutduğunu bilərdisə, o 3 gün daha oruc tutardı, və bunu bilən digər qardaş yenə oruc tutduğu günlərin sayını artırardı… Bunu bilən qardaş bir gündən bir oruc tutaraq qardaşını qabaqlayardı..
… və hər dəfə onlar bir-birinin xoş işləri haqqında xəbər tutanda, onlar Allahın razılığı üçün daha böyük yaxşılıqlar etməyə çalışardılar..
Zaman yetişir müharibə başlayır..Cihad vaxtı gəlib çatanda qardaşlardan biri kafirlərə əsir düşür..Kafirlər ona işgəncə verən zaman isə qardaş göz yaşları tökərək gülməyə başlayır..
Bunu görən kafir qardaşa:
— Biz sənə işgəncə veririk sən isə gülürsən..Bu vəziyyətdə səni nə əyləndirir axı ?!
Qardaş cavabında:
— Nəhayət ki, mən qardaşımı qabaqladım, mən şəhid öləcəyəm inşAllah! — dedi..
Kafir ona cavab verdi:
— Bu müsəlmanlıq haqda nədi başa düşə bilmirəm... Sən artıq ikinci müsəlmansan ki, hansı ki, o da eyni sözü olduğu kimi mənə təkrar dedi..


Tarix: 06.04.2013 / 22:40 Müəllif: [Ram] Baxılıb: 879 Bölmə: Ibretamiz Hekayeler