beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər bir insanın özünə görə bir tarixçəsi var, unutmayın...

-Həmişə uzunqol köynəy geyinən o oğlanı
görürsən? Qollarında atasının qoyduğu şramları heç kim
görməsin deyə. - O cırıq şalvar geyinən qızı bəs necə, görürsən?
Neçə gündür ki ailəsi yeməyə çörək tapmır, o ki
qaldı geyim ala bilsinlər... Sən isə bunu dəb
sayırsan... - Bir o qıza bax... O edilən hər bir zarafata gülür,
amma sən nə biləsən ki, o hər gecə valideynsiz
olduğuna görə göz yaşı tökür... -Hələ bu qıza bir bax... Bax bax, yaxşı bax...Bilirsən
niyə hələ də o bir rəfiqəsini belə evlərinə qonaq
çağırmayıb?? Anasını döyən alkaş atasını heç kim görməsin
deyə... - Sinifdə gizlincə ev tapşırığını edən o şagirdə bax... Gecə dostu intihar etməsin deyə, səhərəcən onunla
danışıb...Sən isə elə düşünürsən ki, savadsız,
tənbəlin biridi... #Bu həyatda heç kimi tanımadan mühakimə
etməyin... Kim bilir kimin içində nədir?Kim nələr
çəkir? Hər bir insanın özünə görə bir tarixçəsi var,
unutmayın...


Tarix: 13.06.2013 / 13:33 Müəllif: Mosug_ Baxılıb: 965 Bölmə: Ibretamiz Hekayeler