beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə olardı?

Nə olardı, gülüm, dəyişməyəydin,
Gözündən qığılсım yox olmayaydı
Tale bəxş edənə boyun əyəydin
Od saçan gözlərə yaş dolmayaydı?!

Nə olardı, gülüm, susa biləydin
Səbirdən sənə də bir pay düşəydi
Ağlamaq yerinə deyib-güləydin
Qara bulud bizdən yan ötüşəydi?!

Səndən ilham alıb şeir yazaydım
Bizi məst edəydi bu eşqin dadı
Hər şeyi sevgiyə, eşqə yozaydım
Bax onda deyərdim: həyat röyadı


Tarix: 31.05.2013 / 18:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 338 Bölmə: Ibretamiz şerler