beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədisi şəriflər (İfrat həddini aşmaq barəsində)

Peyğəmbərimiz (sav) buyurmuşdur:
"Dində ifrata varmaqdan (həddini aşmaqdan) çəkinin
(Sünən Nəsai, 3057)

"Həddini aşanlar həlak olmuşdur, həddini aşanlar həlak olmuşdur, həddini aşanlar həlak olmuşdur"
(Səhih Müslim, 2670)

"Allah mülayimdir və mülayim omağınızı sevər. Allah mülayimliyinizə görə verdiyini, sərtliyə görə verməz!
(Səhih Müslim, 6544)

"Kim mülayim olmaqdan mərhum olarsa, artıq bütün xeyirlərdən mərhum olmuşdur."
(Səhih Müslim, 6543)

"Əgər Allah bir ailəyə xeyr istəyərsə, onlara mülayimlik bəxş edər"
(Müsnəd Əhməd, 671)

"Kim bu dünyada özünə necə qəsd edərsə, axirətdə də o formada ona əzab veriləcəkdir"
(Əbu Uvana, Müstəxrəc)


Tarix: 26.04.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 428 Bölmə: Hedisler